“Nar” Novruz kampaniyasına start verib - ŞƏRTLƏR

img

29-02-2016 [19:42]


Nar” Novruz kampaniyasına start verib.

Şirkətdən verilən məlumata görə, Novruz kampaniyası çərçivəsində abunəçilər balanslarını nə qədər çox artırsalar, "Nar”dan bir o qədər bonus qazanacaqlar. 

"Bu bonuslarla bayram günlərində abunəçilər bol ünsiyyət quraraq Novruz sevincini yaxınları ilə paylaşa bilərlər”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, ödəniş üsulundan asılı olmayaraq, mart ayının 1-dən 15-dək balansını birdəfəlik 5, 10 və ya 20 manat məbləğində artıran hər bir abunəçi müvafiq olaraq 100, 200 və ya 300 MB internet trafiki və eləcə də 300, 600 və ya 1000 şəbəkədaxili SMS bonus qazanacaq.

Bu bonuslar martın 1-dən 15-dək toplanacaq və Novruz günlərində hər bir kəsə xoş ünsiyyət, bayram ovqatı bəxş etmək üçün abunəçilərə 20-27 mart tarixlərində təqdim olunacaq. Tarifindən asılı olmayaraq, kampaniyadan öncədən ödənişli bütün "Nar” nömrələrinin istifadəçiləri yararlana bilərlər. Kampaniya haqqında daha ətraflı məlumatı mobil operatorun internet səhifəsindən öyrənə bilərsiniz: www.nar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA