"Bu xəbər məni dərindən kədərləndirdi... - İlham Əliyev

img

29-02-2016 [15:39]


Azərbaycan prezidenti İlham Əliyev Vorkutada mədəndə baş vermiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

Dövlət başçısının məktubunda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç, Vorkutadakı "Severnaya” şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.

Qeyd edək ki, "Severnaya” şaxtasında partlayışlar nəticəsində 36 nəfər ölüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA