DiN orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə keçirilən imtahanının nəticələri açıqlanıb

img

15-03-2010 [01:50]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə martın 13-də keçirilən test imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, nəticələr imtahan keçirilən gün saat 14.30-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib və hər bir namizədin imtahan nəticələrinə dair məlumat vərəqi Daxili İşlər Nazirliyinə (DİN) təqdim olunub. Müsabiqədə iştirak etmək üçün namizədliyi qeydə alınan 79 nəfərin hamısı imtahanda iştirak edib. Namizədlərdən 55 nəfəri müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb. İmtahanda ən yüksək nəticə 92 bal olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA