29-02-2016 [13:28]
Martın 1-də qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində sürücülər üçün maraqlı ola bilən bir yenilik var.
Mia.az xəbər verir ki, avtosfer.az-ın məlumatına görə, yeni Məcəllə sürücülərin məsuliyyətə cəlb edildiyi xətalar sırasından "qəza şəraitinin yaradılması”nı çıxarıb. Belə ki, hazırda qüvvədə olan və sabah qüvvədən düşəcək Məcələnin 151.3-cü maddəsində "qəza şəraitinin yaradılması” adlanan inzibati xəta var. Onun hüquqi anlayışı belədir: qəza şəraitinin yaradılması, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsi. Bu xətaya görə 80 manat cərimə və 4 cərimə balı nəzərdə tutulur. Yeni Məcəllənin 327.3-cü maddəsində və digər normalarında "qəza şəraitinin yaradılması” adlı xəta təsbit edilməyib. Bu, o deməkdir ki, həmin xəta ləğv edilib.
"Qəza şəraitinin yaradılması” xətasının ləğvi tamamilə məntiqli olmaqla, gözlənilən idi. Sürücülərin yolayrıclarında və ya digər yol səhələrində başqa nəqliyyat vasitələrinə yol vermədiyi halda daha tez-tez tətbiq olunan "qəza şəraitinin yaradılması”nın əlamətləri yol verməmənin əlamətlərindən heç nə ilə fərqlənmirdi. Əksinə, "Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsində "yol vermə”yə verilən anlayışı "qəza şəraitinin yaradılması”nın anlayışı ilə müqayisə etdikdə belə çıxırdı ki, hətta yol verməmə zamanı üstünlüyü olan nəqliyyat vasitəsinə daha ciddi mane yaradılır, nəinki qəza şəraiti yaradıldıqda. Bu isə aşkar məntiqsizlik idi, çünki qəza şəraitinin yaradılmasının sanksiyası daha sərt idi. Bu xətanın anlaşında və təcrübi tətbiqində başqa problemlər də var idi. Elə bu səbəbdən hələ 2008-ci ildə işıq üzü görmüş kitabımda bu xətanın Məcəllədən çıxarılmalı olduğunu əsaslandırmışdım.
Yeni Məcəllənin layihəsinin müəllifləri də həmin xətanın ləğvi zərurətini müəyyən edərək onu Məcəllədən çıxarıblar. Yeni Məcəllə qüvvəyə mindikdən sonra yolda hərəkət vaxtı konkret hərəkət iştirakçısına mane olan sürücünün törətdiyi qayda pozuntusu etdiyi manevrə uyğun hüquqi qiymət alacaq. Məsələn, yolayrıcını keçərkən üstünlüyə malik nəqliyyat vasitəsinə yol verilmədikdə yolayrıcını keçmə qaydalarını pozma (60 manat cərimə və 3 cərimə balı), eyni istiqamətli zolaqlarda yerdəyişmə zamanı üstünlüyə malik nəqliyyat vasitəsinə mane olma isə əks istiqamətli hərəkət zolaqlarına çıxmadan manevr etmə qaydalarını pozma (40 manat cərimə) kimi qiymətləndiriləcək. Hər bir halda "qəza şəraitinin yaradılması” xətasının ləğvi sürücülərin məsuliyyəti məsələsində hüquqi müəyyənliyi artırmış olur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi