29-02-2016 [12:00]
Bir neçə gün öncə Bakıda yol polisi inspektoru ilə qadın sürücü arasında gərgin anlar yaşanıb. Hadisəni əks etdirən video material yayılıb.
Mia.az avtosfer.az-a istinadən xəbər verir ki, görüntüləri hadisə şahidlərindən biri qeydə alıb. Polisin əmrinə tabe olmayan 99 FH 475 nömrə nişanlı avtomobilin sürücüsü - qadın onu inadla avtomobilindən kənarlaşdırmağa cəhd edib. Videodan 99 YP 497 nömrə nişanlı YPX ekipajının əməkdaşı olduğu bilinən Əlövsət adlı polis sürücü qadına qarşı kobudluq edərək onu yerə yıxır. Daha sonra öz avtomobilinə pəncərədən minən qadının ardınca polis də pəncərədən maşına daxil olur. Baxmayaraq ki, onların daxil olduğu qabaq oturacaqda sərnişin də əyləşib.
Qəribəsi budur ki, çox acınacaqlı olan bu mənzərədə təqsirkar təkcə sürücü və ya ona qarşı kobudluq edən polis əməkdaşı deyil, hamıdır. Sürücü qadın təcrübəsizlikdən, cərimə məbləğindən ehtiyat etdiyindən belə edə bilər. Polis əməkdaşı isə əsəbi ola bilər. Lakin onun inspektorun ekipaj yoldaşlarının, qadın sürücünün avtomobilində əyləşmiş kişinin və yolda gülərək olayı seyr edənlərin müdaxilə etməməsi, onları sakitləşdirməməsi təəssüf doğuran mənzərə yaradır.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov qafqazinfo-ya bildirib ki, hadisədən məlumatlıdır, hazırda araşdırmalar aparılır: "İlkin əldə olunan məlumata görə, qadın polisin əmrinə tabe olmayıb, onun üzünü cırmaqlayıb. Hazırda həmin polis hospitaldadır. Xanımın əri də maşında olub. Sürücünün sənədi olmayıb. Sürücü isə Xətai rayon məhkəməsində cərimə olunub. Hadisə barədə ətraflı məlumatı isə bir azdan verəcəyik”.
Qeyd edək ki, şahidlər hadisənin Xətai rayonu, Süleyman Vəzirov küçəsində baş verdiyini bildiriblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi