28-02-2016 [22:47]
Nefti, qazı, kürüsü ilə birlikdə... Amma bu sadaladıqlarımız xalq olaraq, heç vaxt görmədiklərimizdir. Bizə göstərilməyənlərdir. Bəs, suyu, sahili..? Niyə Xəzər sahillərinə əlimiz çatmır? Və ya çatanda da niyə ödənişli olmalıdır? Axı, Xəzər bizim, yəni hamımızındır…
Xəzərin insan əli çata biləcək hər yeri ya hasarlıdır, ya da istirahət mərkəzlərinə çeviriblər. Mərdəkanı, Şüvəlanı, Nabranı, Buzovnanı, Pirşağını… İnsan əli çata biləcək hər yeri...
Xəzərin çox ciddi "hasar dərdi” var. Bu dərd, bu problem bir neçə dəfə Milli Məclisin də müzakirəsinə çıxarılıb. Sanki, Xəzərin hasarlanmasından xəbərləri yoxmuş kimi, hələ bir bunu edənlərə öz iradlarını bildirənlər də var. Amma nəticə yoxdur. Bəzən isə hasarlarla bağlı "ən məntiqli” izah belə verilir: "Bu hasarlar insanların təhlükəsizliyini təmin etmək üçün çəkilir…”
Hasar sevgisi olanların seçimi də təbii ki, zövqlü olur. Onlar Xəzərin ən gözəl, ən təmiz sahillərini boyhaboy hasarlayırlar. Bizə - xalqa qalan isə zibilli, çirkab suları ilə dolu olan və ya hansısa sahibkar tərəfindən zəbt edilmiş ödənişli sahillərdir. Bəzən ödənişsiz yer axtaran insanlar Xəzərin təhlükəli ərazilərinə üz tuturlar. Hansı ki, o sahillər "xalqın təhlükəsizliyi” üçün hələ hasarlanmayıb…
Sözü dolayı yolla deməyə ehtiyac yoxdur. Təbii ki, Xəzərin sahillərinin məmurlar arasında səliqəli şəkildə bölüşdürüldüyü hər kəsə aydındır. Məmurlar böldüklərini bölüblər, qalanını da satıblar. Axı hansısa bir məmurun xəbəri olmadan Bakıda daş üstünə daş qoymaq olar? Əlbəttə, yox…
Azərbaycanda məmurlarla vətəndaşlar arasında fərqli həyat olduğu kimi, məmurlarla Xəzər arasında da fərqli bir həyat var. Hansı ki, o həyatı bizim - xalqın görməsini istəmirlər. İstəyirlər ki, onların Xəzər sahilindəki həyatları elə hasarla dəniz arasında qalsın. Amma vətəndaş istəyir ki, məmurlar onların həyatını görsün. Amma görmürlər. Çünki onlar əsasən bir neçə saat kabinetdə, daha sonra isə hündür hasarlar arxasında yaşayırlar.
Yəqin ki, yolu Bakının cənub girişindən düşən hər kəs sahilboyu uzanan istirahət mərkəzlərini, saysız-hesabsız möhtəşəm villaları görüb. Villalar, istirahət mərkəzləri olmayan sahillər isə hasarlanıb. Yəqin ki, daha sonra lazım olar deyə, ehtiyatda saxlayıblar və yaxud da "qaygıkeşcəsinə xalqın təhlükəsizliyini düşünüblər”.
"Bibiheybət” məscidindən sonra başlayan istirahət mərkəzləri, otellər boyhaboy düzülüb. Xəzərin sahilləri insan əli çata və yay fəslində çimərlik kimi istifadə edilə biləcək yerlərində bir qarış belə, boşluq saxlamamaq şərti ilə hasarlanıb. Davamında isə bir-birinin yanında sıralanan uzun və hündür hasarlı, nəzarət kameralı, mühafizəçiləri olan villalar...
O hasarların arxasında çox şey var. Yaxtalar, möhtəşəm malikanələr, dənizin ortasına aparan sonradan salınan yollar və daha nələr, nələr... Bir sözlə , xəyalını qura biləcəyimiz çox şey…
"Bu villalar kimlərindir, necə tikiblər, hansı pulla tikiblər” deyə sual etmirik. Bəlkə də "Bu, bizi maraqlandırmır” deyə düşünənlər var.
Amma tək gerçək olan budur ki, Xəzər bizimdir - Azərbacan xalqınındır. Xəzərin bizə çatan yalnız sahilləridir, ancaq aramızda hündür hasarlar var. Aşa bilməyəcəyimiz hasarlar…
Yaxşı ki, heç olmasa, Bulvar var. Amma bizə haqqımız olan lazımdır. Xəzər lazımdır. Hasarsız, özgür Xəzər…
Musavat.com









Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi