Sabahın hava proqnozu: Yağış, duman, külək

img

28-02-2016 [17:53]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 29-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Zəif duman, gündüz dəyişkən buludlu olacağı ehtimal edilir, əsasən yağmursuz keçəcək, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacağı təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 29-da yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 0-5° isti, gündüz 11-16° isti olacaq. Dağlarda gecə 1-6° şaxta, gündüz 4-9° isti gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA