Sabiq icra başçısı ağır durumda xəstəxanaya yerləşdirildi

img

28-02-2016 [17:52]


Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidov ağır durumdadır.

Mia.az xəbər verir ki, bu barədə müsavat.com-a onun oğlu Şəhriyar Məcidzadə məlumat verdi: "Səhər saatlarında qəfildən halı pisləşdi, huşunu itirdi. Ağır vəziyyətdə 1 saylı Mərkəzi Kliniki Xəstəxanaya ("Semaşko"-red.) yerləşdirmişik. Durumu son dərəcə ağırdır, reanimasiyadadır”.

Qeyd edək ki, S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA