Hökumət qərar verdi; Nazirliklə bağlı dəyişiklik

img

28-02-2016 [16:31]


Nazirlər Kabineti "İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edib.

Mia.az xəbər verir ki, kabinetdən Trend-ə verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi "İnzibati orqanların Təsnifatı”na əlavə edilib.

Bu dəyişiklik "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 594 nömrəli fərmanının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA