Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı - Prezident fərmanı

img

27-02-2016 [14:42]


Maliyyə Nazirliyinin nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsi sahəsində səlahiyyətləri artırılıb.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin fevralın 26-da imzaladığı "Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən Maliyyə Nazirliyinə müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri kredit təşkilatının aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək səlahiyyəti verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA