27-02-2016 [14:07]
"Azərenerji” QSC Türkiyədən alınan elektrik enerjisi borcuna görə bu ölkəyə 80 milyon dollarlıq borcun birinci tranşını ödəyib, ancaq ortaya "əmma” çıxıb. Məlum olub ki, tərəflər borc protokolunu hələ ötən ilin yanvarında imzalasalar da, protokolu Türkiyə parlamentində ratifikasiya etmək yaddan çıxıb. Nəticədə, "Azərenerji”nin köçürdüyü 40 milyon dollardan istifadə etmək mümkün olmur.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu kazus parlamentin xarici əlaqələr komitəsindəki diskussiyalar zamanı meydana çıxıb. Müxalif CHP-dən olan deputat, partiya lideri Kamal Kılıcdaroğlunun enerji məsələləri üzrə məsləhətçisi Ahmet Akın Azərbaycanla elektrik enerjisi borcunun nizamlanmasına dair protokolun məsələsini qaldırıb. Məlum olub ki, hökumət hələ bu protokolun ratifikasiya olunmadığından xəbərsizdir.

2015-ci il yanvarın 15-də "Azərenerji” ASC və Türkiyənin dövlət elektrik enerjisi operatoru TETAŞ arasında imzalanan borc razılaşmasına əsasən Azərbaycanın 1991-2014-cü illər ərzində Türkiyədən aldığı elektrik enerjisinə görə (söhbət Naxçıvana verilən elektrik enerjisindən gedir) borcu 122 milyon 800 min dollardır. Naxçıvanın elektrik enerjisi şəbəkəsini Türkiyənin şəbəkəsinə birləşdirmək üçün çəkilən elektrik xərclərinə görə borc isə 395 min dollar təşkil edir. Bununla belə tərəflər danışıqlar apararaq borc məbləğini iki tranşda ödənilmək şərti ilə 80 milyon dollar razılaşdırıblar.

Razılaşma əsasında "Azərenerji” ASC 2015-ci ilin sonuncu kvartalında TETAŞ-ın hesabına 40 milyon dollar köçürüb. Gözlənilir ki, "Azərenerji” ASC ikinci tranşı bu ilin birinci kvartalı ərzində ödəyəcək.
Ancaq Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Sefa Sadıq Aytekin deyib ki, parlament borc protokolunu ratifikasiya etmədiyi üçün TETAŞ həmin vəsaitdən istifadə edə bilməz. Protokol isə baxılmaq üçün parlamentin xarici əlaqələr komitəsinə ancaq fevralın 18-də təqdim olunub. Protokol daha sonra ratifikasiya üçün ümumi səsverməyə çıxarılmalıdır(Virtualaz.org).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi