?Ekologiya Uzaqların gözü ilə? mövzusunda dəyirmi masa keçiriləcək

img

15-03-2010 [01:02]


Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu 2010-cu il mart ayının 11-də saat 11:00-da ?Caspian Plaza? Hotelinin Biznes Mərkəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2010-cu ili ?Ekologiya ili? elan edilməsi ilə əlaqədar ?Ekologiya Uşaqların gözü ilə? mövzusunda Dəyirmi Masa keçirməyi planlaşdırır. Fondun mütəxəssisləri interaktiv üsullarla ekoloji şuurun formalaşması istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Bakı şəhəri və onun ətraf qəsəbələrində yerləşən 3 uşaq evi (1, 2, 3 saylı) və 2 internat məktəbində (9 və 11 saylı) yanvar və fevral aylarında ?Ekologiya uşaqların gözü ilə? mövzusunda maarifləndirici təlimlər həyata keçirmişdir. Keçirilmiş təlimlərin məqsədi kimsəsiz uşaq evlərində şagirdlər arasında maarifləndirmə ilə yanaşı şifahi sorğunun həyata keçirilməsi idi. Sorğunun nəticəsində məlum olmuşdur ki, şagirdlərin respublikanın ekoloji durumunun yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər və onun aktual ekoloji problemləri ilə əlaqədar məlumatlandırılmasına böyük maraq və ehtiyac var. Şagirdlərin bu marağını nəzərə alaraq gələcəkdə bu istiqamətdə fondumuz digər ekoloji təşkilatların da fəaliyyətinin genişləndirməsini məqsədə uyğun hesab edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA