Məhkəmə sədri nazirə məktub yazdı - İş yerinin dəyişdirilməsiylə bağlı

img

27-02-2016 [13:23]


1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədr əvəzi Müseyib Hüseynov vəzifəsindən azad olunması ilə bağlı ərizə yazıb.

Ərizə sənədi Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova ünvanlanıb. M.Hüseynov ərizəsində səhhəti ilə əlaqədar iş yerinin dəyişdirilməsini istəyib.

Gələn həftə Milli Məclisdə onun vəzifəsinin dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi müzakirəyə çıxarılacaq(Report).

Qeyd edək ki, M.Hüseynov 2011-ci il yanvarın 1-dən 2016-cı il yanvarın 1-dək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsində çalışıb. Bu il yanvarın 1-dən indiyədək həmin məhkəmənin sədr əvəzidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA