Havalar yenidən soyuyur: yağız, sulu qar, qar yağacaq

img

15-03-2010 [12:46]


Bakıda və Abşeron yarımadasında havalar yenidən soyuyacaq və buludlu, soyuq hava şəraiti müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosundan MİA-ya verilən məlumata görə, martın 15-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gündüz 9-11? isti, axşam 6-8? isti olacaq. Martın 16-da buludlu, əsasən yağmursuz hava şəraiti davam edəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşama doğru yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 5-7? isti, gündüz 7-9? isti olacaq. Martın 17-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 3-5? isti, gündüz 5-7? isti təşkil edəcək. Martın 18-də də hava buludlu olacaq, gündüz arabir açılacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 3-5? isti, gündüz 7-9? isti olacaq. Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 4-7? isti, gündüz 9-14? isti, dağlarda gecə 2? şaxtadan 3?-dək isti, gündüz 5-8? isti olacaq. Martın 17-18-də yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Arabir intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 3-5? isti, gündüz 7-12? isti, dağlarda gecə 0-5? şaxta, gündüz 0-5? isti olacaq. Yaxın 3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi bəzi meteohəssas insanlarda nisbətən narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA