26-02-2016 [21:40]
Gəncə Dövlət Universitetində Xocalı soyqrımına həsr olunmuş silsilə tədbirlər keçirilib.
Mia.az-a daxil olan məlummata görə, Universitet Qadınlar Şurasının Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş "Xocalı soyqırımı qadınların gözü ilə" mövzusunda təşkil etdiyi seminarı giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor Asif Cavadov açaraq Xocalı soyqırımında azərbaycanlıların başına gətirilən vəhşiliklər haqqında seminar iştirakçılarına məlumat verib.
O, qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən " Xocalıya ədalət " adlı kampaniya əsasında bu soyqırımı xeyli sayda ölkə tanıyıb.
Seminarda Universitetin Qadınlar Şurasının sədri Nərgiz Tağıyeva bildirib ki, Azərbaycan xalqının başına gətirilən amansız və qəddar Xocalı soyqırımı insanlıq tarixinə ən qorxulu, kütləvi terror aktlarından biri kimi daxil olub:
"Rəsmi məlumata görə, 613 insan həlak olub, onlardan 63-ü-uşaq, 106-sı-qadın, 70-i-qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşmüşdür. Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir” sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırılmış. Digər Xocalı sakini Səriyyə Talıbovanın sözlərinə görə, 4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsmişlər. Sonra daha 2 azərbaycanlının gözləri çıxardılmışdır".
Köçkün ailəsindən olan Riyaziyyat-informatika fakültəsinin tələbəsi Hekayət Əhmədzadə müəllifi olduğu " İntiqam alınsın " adlı şeirilə, Yazıçılar birliyinin üzvü, yazıçı publisist Ümbülbanu Hacıyeva, Azərbaycan tarixi kafedrasının müdiri dosent Emma Aslanova, Tarix-coğrafiya kafedrasının müəllimləri Nəsibə Hacıyeva və Arifə Əhmədova, Universitetin "Yüksəliş " qəzetinin əməkdaşı Firəngiz İsmayılova öz çıxışlarında Xocalı faciəsinin Azərbaycan xalqının unudulmayan qan yaddaşı olduğunu bir daha vurğulayıblar.

İqtisadiyyat ve idarəetme fakültəsində keçirilən tədbirdə çıxış edən fakültə dekanı dosent Şahin Xurşudov belə bir faciəni törətmiş erməni faşistləri ilə bərabər, onlara havadarlıq etmiş o zamankı SSRİ rəhbərliyini də lənətləyib.
Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib:
"Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən əliyalın, günahsız insanlar düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldular".
Fakültənin tədris işləri üzrə dekan müavini, Dövlət və bələdiyyə idarəetmesi ixtisasının II kurs tələbəsi Aytac Qurbanova, IV kurs tələbəsi Firuzə Nağızadə çıxış edərək Xocalı soyqırımının xalqın yaddaşına əbədi həkk olunduğunu, heç vaxt unudulmayacağını bildiriblər.
Biologiya-kimya fakültəsində keçirilən tədbirə isə Xocalı sakinləri də dəvət olunublar. Səmayə Mirzəyeva, Vaqif Məmmədov və Mirzəxan Quliyev ermənilərin nəinki Xocalı, Qarabağın digər bölgələrində də törətdikləri qanlı cinayətlərdən bəhs ediblər.
Universitetin Pedaqoji, Filologiya, Fizika və ümumi texniki fənnlər, Xarici dillər fakültələrində də Xocalı faciəsinə aid foto-stendlər, video-çarxlar nümayiş etdirilmiş, tələbə və müəllimlərin iştirakı ilə yığıncaqlar keçirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi