Prezidentdən daha bir sərəncam: Azərbaycanda daha bir dövlət qurumu yaradıldı

img

26-02-2016 [21:28]


Bu gün Prezident İlham Əliyev daha bir sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycannda daha bir dövlət qurumu fəlaiyyət göstərəcək.

Belə ki, sərəncamla "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində "Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılıb.

Sərəncamda daha sonra deyilir:

"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində "Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 sentyabr tarixli 1401 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 9, maddə 1043) 3.2.2-ci yarımbəndində "bağlanmasına razılıq verilməsi” sözləri ", eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi” sözləri ilə əvəz olunsun.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA