Pasportun verilməsinə görə dövlət rüsumu alınacaq - Qərar

img

26-02-2016 [17:26]


Azərbaycanda avtovağzala (avtostansiyaya) pasportun verilməsinə görə dövlət rüsumu alınacaq.

Bu, "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.
Layihədə avtovağzala (avtostansiyaya) pasportun verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyən edilib. Belə ki, avtovağzala pasportun verilməsi üçün 600 manat, avtostansiyaya pasportun verilməsi üçün 400 manat dövlət rüsumu alınacaq.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanun layihəsi "Avtomobil nəqliyyatı haqqında" qanuna uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA