Fazil Məmmədov əmr verdi, nazirlikdə yeni təyinatlar oldu - SİYAHI

img

26-02-2016 [14:22]


Azərbaycan Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

Mia.az Report-a istinadən xəbər verir ki, Vergilər naziri Fazil Məmmədovun əmri ilə nazirin büdcə proqnozlarının icrası üzrə müşaviri Habil Məmmədov Nazirlik yanında Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

Nazirini digər əmri ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur İntiqam oğlu Fətizadə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsindən azad edilərək, Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi təyin olunub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA