Hərbi təlimlər davam edir

img

26-02-2016 [12:52]


Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Qaraheybət təlim mərkəzində hərbi qulluqçuların peşəkarlığının və nəzəri biliklərinin artırılması, praktiki vərdişlərinin möhkəmləndirilməsi məqsədilə hazırlıq məşqləri keçirilib.

Mia.az Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən xəbər verir ki, şəxsi heyətə real döyüş şəraitinə uyğun vəziyyətdə zirehli texnikaların idarə edilməsi, manevr imkanları öyrədilib, eləcə də ekipajların praktiki hazırlığı, şərti düşmənin canlı qüvvə və texnikasına zərbə vurulması üzrə tapşırıqlar icra olunub.

Hərbi qulluqçuların silahlanmada olan müxtəlif çaplı silahlardan praktiki istifadə etmək bacarıqları təkmilləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA