Səfir müavini diplom almaq üçün rüşvət verdi - Azərbaycanda

img

26-02-2016 [10:14]


Azərbaycanda təmsil olunan xarici ölkə səfirinin müavini saxta diplom almaq üçün rüşvət verib.

Mia.az xəbər verir ki, "qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, həmin şəxs Küveyt səfirinin müavini Faisal Almatairi olub.

Küveyt vətəndaşı, 1972-ci il təvəllüdlü F.Almatairi özü Polis Bölməsinə ərizə ilə müraciət edərək bu barədə məlumat verib.

O bildirib ki, 2015-ci ilin dekabr ayında Bakı Dövlət Universitetinin qarşısında tanışı ilə görüşərək ona pul verib. Səfir müavini deyib ki, Bakı Dövlət Universitetindən magistr dərəcəsi diplomu almaq üçün həmin tanışı, 1982-ci il təvəllüdlü Azad Əhmədova 2500 ABŞ dolları verib.

Lakin F.Almatairinin "diplom işi" alınmasa da, A.Əhmədov onun pulunu qaytarmayıb.

Müraciətlə bağlı Nəsimi RPİ-də araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA