25-02-2016 [20:02]
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xocalı faciəsinin canlı şahidlərindən biri – ukraynalı helikopter pilotu Leonid Kravets mətbuat konfransı keçirib.
Mia.az Azertac-a istinadən xəbər verir ki, L.Kravets 24 il əvvəl azərbaycanlılara qarşı soyqırımın həyata keçirildiyi Xocalıda gördüklərini tədbir iştirakçılarına çatdırıb.
O, qeyd edib ki, keçmiş SSRİ ölkələrinin hamısı üçün keşməkeşli olan bir dövrdə Ermənistan Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayıb. Həmin dövrdə o, dinc əhalinin hərbi münaqişə zonasından çıxarılması üçün demək olar ki, hər gün Qarabağa uçuşlar edib.
L.Kravetsin sözlərinə görə, fevralın 27-də idarə etdiyi helikopter Xocalı üzərində uçarkən bir gün əvvəl bu şəhərə hücumdan xəbərsiz olmuş ekipaj dəhşətli mənzərənin şahidi olub:
Onlar Ağdam şəhəri istiqamətində, dağın döşündə səpələnmiş dinc əhalinin meyitlərini görüblər və Gəncəyə qayıdaraq yerli hakimiyyət orqanlarını bu haqda məlumatlandırıblar. Ekipaja jurnalistləri hadisə yerinə çatdırmaq tapşırılıb. Ertəsi gün L.Kravets həmin yerə Çingiz Mustafayev və onun iki köməkçisini çatdırıb. Relyefin özünəməxsus çətinlikləri və vaxt qıtlığı ucbatından helikopteri yerə endirmək mümkün olmayıb. Belə ki, sağ qalmış adamları öldürən ermənilərin mülki helikopterə də atəş açması təhlükəsi olub. L. Kravets deyib: "Hamımız bu dəhşətli faciədən sarsılmışdıq. O qədər çox cəsəd var idi ki, hadisənin miqyasını tam əks etdirmək üçün çəkilişi yuxarıdan aparmaq lazım idi”.
Ukraynalı pilot bildirib ki, erməni tərəfinin əhalinin Xocalıdan çıxması üçün dəhliz yaradılması iddiasına baxmayaraq, əslində, Xocalıdan olan dinc əhaliyə xilas olmaq üçün heç bir şans verilməyib, onların hamısını pulemyot atəşi ilə qırıblar.
L.Kravets öz ifadələrini Xocalı ilə bağlı beynəlxalq məhkəmədə şahid qismində təsdiqləməyə hazırdır. Lakin özü dediyi kimi, ona sübutlar gərək deyil, çünki hadisəni gözləri ilə görüb, üstəlik, müvafiq foto və video materiallar da var.
Tədbirdə "O pilotdur” filminin treyleri nümayiş edilib. Bu film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanıb. Layihənin rəhbəri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri (UABD) Hikmət Cavadovdur.
Mətbuat konfransından sonra Ukrayna Rəssamlar İttifaqı və UABD üzvü Rasim Seydimovun Xocalı soyqırımı mövzusunda rəsmləri nümayiş etdirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi