25-02-2016 [17:37]
Baş nazirinin müavini Əli Əhmədov fevralın 23-də keçirilən Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov tərəfindən iclasda iştirak etməyən bir sıra hökumət üzvlərinin tənqid edilməsinə münasibət bildirib.
Ə.Əhmədov jurnalistlərə açıqlamasında tənqidə normal yanaşdığını deyib: "Milli Məclisin və deputatların əsas vəzifələrindən biri də odur ki, hökuməti tənqid etsinlər. Parlament elə bunun üçündür. Yəqin siz də xatırlayırsınız. Vaxtilə mən deputat olan zaman hökumət üzvlərinin büdcənin müzakirəsində fəal iştirak etməməsini tənqid etmişdim. Siyavuş Novruzovun hökumət üzvlərini tənqid etməsi ilə bağlı isə demək istəyirəm ki, Milli Məclisin fevralın 23-də keçirilən iclasında Azərbaycanın Dövlət Büdcəsinin müzakirəsi getməyib. Burada söhbət qəbul olunmuş Dövlət Büdcəsinə dəyişikliklərin edilməsindən gedir. Bunlar fərqli-fərqli anlayışlardır”.
Baş nazirin müavini qeyd edib ki, 2016-cı ilin Dövlət Büdcəsi parlamentin ötən ilin oktyabr ayında keçirilən iclasında müzakirə olunaraq təsdiq edilib: "Həmin iclasda da Azərbaycanın Baş naziri başda olmaqla, bütün hökumət üzvləri iştirak ediblər. Həmin iclas zamanı kimlərin sualları var idisə, onu hökumət üzvlərinə verib. Ancaq fevralın 23-də keçirilən Milli Məclisin iclasında isə qəbul olunmuş büdcəyə müəyyən dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparılıb. Dünya və Azərbaycan parlamentinin təcrübəsində də büdcəyə edilən dəyişikliklər zamanı bütün hökumət üzvlərinin həmin iclasda mütləq iştirak etməsi tələbi yoxdur. İndiyədək Azərbaycanda dövlət büdcəsinə bir neçə dəfə dəyişiklik edilərək təkmilləşdirmələr aparılıb. Həmin dəyişikliklər zamanı keçirilən parlament iclaslarında heç də hökumətin bütün üzvləri iştirak etməyib.
Digər tərəfdən isə büdcənin hazırlanması Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid olan məsələdir. Təbiidir ki, büdcəyə dəyişikliklərlə əlaqədar kimin nə sualı varsa, ünvanlanacaq yeganə qurum Maliyyə Nazirliyidir. Milli Məclisin son plenar iclasında da maliyyə naziri iştirak edirdi. Əgər büdcə ilə bağlı kimin nə sualı var idisə, o zaman həmin sualları ən səhih cavablandıracaq hökumət üzvü maliyyə naziridir”.
Ə.Əhmədov deyib ki, əgər Milli Məclisdə müzakirələr zamanı hər hansı hökumət üzvünün orada iştirakı məqsədə uyğundursa, o zaman Milli Məclis rəhbərliyi lazım olan hökumət üzvlərini iclasa dəvət etməlidir:
"Avropa parlamentində hökumət üçün xüsusi lojalar mövcuddur. Ancaq Azərbaycan parlamentində hökumət nümayəndələri üçün xüsusi loja yoxdur. Hökumətin parlamentdə tam tərkibdə iştirakı üçün gərək yerlər hazırlansın. Siz Milli Məclisin son plenar iclasında hökumət üzvləri üçün nəzərdə tutulan boş yerlər gördünüzmü? Əlbəttə ki, xeyr. Həmin yerlər əvvəl kimlər üçün nəzərdə tutulurdusa, yenə də onlar əyləşmişdilər. Digər tərəfdən isə Milli Məclis rəhbərliyi tərəfindən bizə heç bir dəvət göndərilməmişdi. Əgər bizə dəvət gəlsəydi, biz də böyük məmnuniyyətlə orada iştirak edərdik. Bütün dünyada parlament iclasları üçün iştirakı məqsədəuyğun sayılan hökumət üzvləri əvvəlcədən dəvət edilir. Amma bizə heç dəvət yox idi. Ona görə də qeyd edim ki, tənqid yaxşı şeydir, ancaq yerində”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi