25-02-2016 [16:47]
Bakı Şəhər Baş Polis İdarəsində paytaxtın polis orqanlarının sahə rəislərinin və inspektorlarının cinayətlərin profilaktikasında roluna və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Mia.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov toplantının məqsədi barədə məlumat verərək polis sahə inspektorları institutunun işinin düzgün qurulmasının müstəsna əhəmiyyət kəsb etdiyini, onların xidməti fəaliyyətininin təşkilinin və təkmilləşməsinin Nazirliyin rəhbərliyinin daim diqqət mərkəzində olduğunu xatırladıb.
O bildirib ki, son 10 ilə yaxın müddətdə, sahə inspektorlarının cinayətlərin profilaktikası, vətəndaş cəmiyyəti ilə əlaqələrinin möhkəmləndirilməsi, əhaliyə daha yaxın olması, insan hüquq və azadlıqlarının qorunması sahəsində fəaliyyətinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə mühüm tədbirlər görülüb, zəruri funksional və struktur dəyişiklikləri həyata keçirilib.
Qeyd olunub ki, ölkədə aparılan hüquqi islahatlar, qəbul edilən yeni qanunlar və digər normativ hüquqi aktlar çərçivəsində polis sahə rəislərinin və inspektorlarının əsas vəzifə və funksiyalarını müəyyən edən bir sıra normativ hüquqi aktlar təsdiq edilərək icraya yönəldilib.

Gündəlikdəki məsələ ilə bağlı daxili işlər nazirinin müavini - Baş Təşkilat- İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev geniş məruzə ilə çıxış edib, cinayətkarlığın profilaktikasında və ictimai asayişin təminində görülmüş işlərdən, xidməti fəaliyyətdə mövcud olan nöqsanlardan və qarşıda duran vəzifələrdən danışıb.
O, deyib ki, inzibati xəta törətmiş şəxslərin vahid mərkəzləşdirilmiş qeydiyyatının aparılması məqsədilə 2010-cu ildə Nazirlikdə vahid mərkəzləşdirilmiş məlumat sistemi yaradılıb, 2013-cü ildə isə inzibati sahənin pasportunun elektron forması hazırlanaraq həmin sistemə yerləşdirilib.
Müvafiq istiqamətdə fəaliyyətin təşkili sahəsində görülən işlərin vəziyyəti 2012-ci ilin noyabrında keçirilmiş Kollegiya iclasında müzakirə edilərək, aidiyyəti qurumlara - polis sahə məntəqələrinin kompyuter avadanlığı ilə təchiz olunması və kompyuterlərin lokal şəbəkə vasitəsilə vahid avtomatlaşdırılmış məlumat sisteminə qoşulması, inzibati xəta törətmiş şəxslər haqqında məlumatların həmin sistemə yerləşdirilməsi və bu işə nəzarətin gücləndirilməsi barədə tapşırıqlar verilib. 2014-cü il 1-4 aprel tarixlərində isə sahə rəislərinin və inspektorlarının respublika toplantısı keçirilərək onların qarşısında, həm də vahid qeydiyyat bazasının təkmilləşdirilməsi, profilaktik uçotda olan şəxslərin həyat tərzi, hüquqazidd davranışı, əlaqələri və s. ilə bağlı mərkəzləşdirilmiş məlumatların tamlığının təmin edilməsi, hüquqpozmaların profilaktikasının, vətəndaşların qəbulu işinin real vəziyyətə uyğun qurulması barədə vəzifələr qoyulub.

Müşavirəyə yekun vuran daxili işlər naziri konkret tapşırıq və tövsiyələrini verib, sabitliyin qorunub saxlanılmasının, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin, xidməti fəaliyyətin, o cümlədən sosial funksiyaların icrasının yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının başlıca məqsəd olduğunu diqqətə çatdırıb.
Nazir hazırlanan cinayətlərin qarşısının vaxtında alınması üşün polis əməkdaşlarının, o cümlədən, sahə rəislərinin və inspektorlarının zəruri hüquqi biliklərə, geniş dünyagörüşə, yeni texnologiyalarla iş bacarığına, bütövlükdə yüksək professionallığa malik olmalarının vacibliyini vurğulayıb, qarşıda duran vəzifələri müəyyənləşdirib və bu məsələlərə hər bir ərazi polis orqanında xüsusi diqqət yetirilməsini tələb edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi