25-02-2016 [14:29]
"Azərbaycan mediası ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin keçmiş müavini Adam Erelinin "Forbes” jurnalındakı məqaləsini dərc edib. Məqalədə deyilir ki, guya Kreml sahibi Putin Türkiyə səfirini yanına çağıraraq deyib ki, "get diktator Ərdoğana de ki, mən Suriyanı "Böyük Stalinqrad”a çevirəcəyəm…”".
Mia.az xəbər verir ki, bu və ya digər məqamlarla bağlı fikirlərini bölüşən"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Putinin Türkiyə səfirini hədələməsi bir neçə ay öncə də gündəm mövzusu olub:
"Putin belə bir söhbətin olub-olmadığını açıqlamayıb. Mən "təkbətək söhbətin” ikinci iştirakıçısına – Türkiyənin Rusiyadakı səfiri Ümit Yardıma bir müddət öncə müraciət etdim, onu Bakıdakı fəaliyyətindən tanıyıram, indi də ünsiyyətim var. Səfir dedi ki, bu müddətdə nə Putinlə təkbətək görüşü olub, nə də onu Kremldə kimsə hədələyib. Həqiqətən əgər belə hədə olsaydı, Putindən də qəzəbli Ərdoğan anındaca Rusiyanın Ankaradakı səfirini çağırıb onun vasitəsilə Putinə "yağlı cavab” göndərərdi".
Ekspert bildirib ki, hazırda Putinin bu gün azərbaycanlı həmkarı İlham Əliyevə zəngi daha maraqlı mövzudur:
"Telefon zəngi haqda yayılan xəbərdə bildirilib ki, Suriyadan və ABŞ-Rusiya atəşkəsindən danışıblar. Hamı kimi Azərbaycan əldə olunan atəşkəsin tərəfdarıdır. İlham Əliyev İran prezidenti Həsən Ruhani ilə görüşdə ABŞ-Rusiya razılaşmasını müsbət qarşıladığını açıq söyləmişdi. Yəni Putinə Əliyevin mövqeyi iki gün öncədən bəlli idi.
Ona görə də İlham Əliyevin Suriya ilə bağlı rəyini öyrənmək üçün xüsusi zəngə ehtiyac yox idi. Məncə, Putinin Bakıya telefon zənginin mahiyyəti fərqlidir. Bu bir mesajdır ki, rəsmi Bakı Suriya məsələsində neytrallığını qorusun, Türkiyənin tərəfini tutmasın.
İndi növbə Ərdoğanındır. Yəqin ki, o Bakıya zəng etmək əvəzinə yaxın günlərdə Azərbaycana təxirə saldığı səfəri reallaşdıracaq. İndi də Azərbaycanı qazanmaq uğrunda Rusiya-Türkiyə mübarizəsi başlayıb. Digər tərəfdən Putinin Əliyevə telefon zəngi Bakının Ermənistana silah ötürməsyilə bağlı Moskvaya göndərilən etiraz notasına qeyri-rəsmi cavabdır".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi