Daha bir qurumda yeni şura yaradıldı

img

25-02-2016 [14:02]


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Apelyasiya Şurası yaradılıb.


Bu barədə verilən məlumata görə, Dövlət Agentliyinin sədr müavininin rəhbərlik etdiyi Apelyasiya Şurasının tərkibinə Agentliyin və onun tabeliyindəki "ASAN xidmət”in vəzifəli şəxsləri daxildir.

 

Qeyd edək ki, Şuranın yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin Dövlət Agentliyinə daxil olan təkrar şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA