25-02-2016 [11:20]
"Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev himayəsində olan Qusarın "Şahdağ” futboluna qarşı qəribə addım atıb. Mia.az xəbər verir ki, unikal.org-un yaydığı məlumata görə, Pirverdiyev 5 aya yaxındır komandaya bir qəpik vermədiyi halda, bazanın işğını kəsib. Buna səbəb kimi isə klubun 1000 manat borcu səbəb göstərilib.
Saytın araşdırmasına görə, 2004-cü ildən "Azərenerji” ASC prezidentinin himayəsinə keçən "Şahdağ”da maliyyə vəziyyəti gündən-günə pisləşir. Hələ 2015-ci ilin yanvarında belə məlumatlar yayılmışdı ki, "Şahdağ”ı himayə edən Etibar Pirverdiyev qardaşı Vüqar Pirverdiyevi klubun idarəçiliyindən kənarlaşdırıb. Onun nəzarətindəki "Atlant” şirkəti də Qusar klubunu maliyyələşdirməkdən məhrum edilib.
Etibar Pirverdiyev qardaşını və onun şirkətini "Şahdağ”dan qovsa da, klubu əldən verməyib. Məlumata görə, "Azərenerji” rəhbəri özünün "Azenco” şirkətini kluba sponsor təyin edib.
Vüqar Pirverdiyevin gedişindən sonra kluba nəzarət Ərəstun Niftiyevə tapşırılıb. Elə bütün problemlər də bundan sonra başlayıb. "Atlant”ın dövründə komandanın maaşları vaxtlı-vaxtında verilsə də, indi futbolçular normal məvacib də ala bilmir.
Ötən ilin payızında Qusar klubunun yaydığı bəyanatda son durum üstüörtülü şəkildə də olsa, təsvirini tapıb: "Təəssüf hissi ilə bildirmək istəyirik ki, hazırda ”Şahdağ” tarixinin ən ağır günlərini yaşamaqdadı. Etiraf etməliyik ki, klubda ciddi maliyyə problemləri mövcuddu. Klubun iclasında rəhbərliyin qərarına əsasən, baş məşqçinin vəzifələrinin müvəqqəti icrası Şərəfəddin Məmmədova həvalə olunub.
Bununla yanaşı, bütün yerli oyunçular vəd ediblər ki, komandanı bu çətin günlərdə tərk etməyəcək və son nəfəsə qədər qalacaqlar. Iclasda iştirak edən veteran futbolçular – Fair Əmirquliyev, Zahid Tayyibov və digərləri komandaya qayıdıb təmənnasız yardım edəcəklərini bildiriblər. Dəyərli azarkeşlər, bizi yaşadan və bizə stimul verən sizin dəstəyinizdi. Bu arada dəstəyinizə çox ehtiyacımız var. Gücümüzü birləşdirərək, Qusar futbolunu yaşadaq!
Əziz media nümayəndələri, "Şahdağ” həmişə mətbuata böyük hörmətlə yanaşıb və bu yoldan dönməyəcək. Bu günlərdə sizin dəstəyiniz də bizim üçün çox önəmlidir. "Şahdağ” zəngin tarixə malik olan bir klubdur. Bu il "Şahdağ” 65 illiyini qeyd edir. Biz inanırıq ki, hamımız bir yerdə "Şahdağ”ı dəstəkləyərkən, komanda öz 100 illiyini qeyd edəcək”.
Xəbərə görə, bu müraciətdən sonra da Pirverdiyevin nəzarətindəki klubun maddi durumunda heç bir yaxşılaşma qeydə alınmayıb. Üstəlik, "Şahdağ”ın maliyyə vəziyyəti daha da pisləşib.
İş hətta o yerə çatıb ki, Pirverdiyev "Şahdağ”a maliyyə ayırmaq bir yana, onun elektrik enerjisi borcuna görə işığını kəsib. Bu "Azərenerji” rəhbərinin klubun himayəçiliyindən faktiki olaraq imtina etməsi kimi qiymətləndirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi