FHN Bakıda iki mərtəbəli binanın uçma səbəbini açıqlayıb

img

13-03-2010 [05:29]


Bakıda iki mərtəbəli binanın uçma səbəbi məlum olub. Fövqəladə Hallar Nazirliyi bununla bağlı məlumat yayıb. FHN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, martın 12-si saat 12:15-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsi 10/11 ünvanında binanın uçması barədə məlumat daxil olub. Dərhal nazirliyin xilasediciləri hadisə yerinə cəlb edilərək aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1946-cı ildə özülü büt daşından və çiy kərpicdən inşa olunmuş ikimərtəbəli yaşayış binası qrunt sularının qalxması, qar və yağış sularının təsiri nəticəsində uçub. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb və həmin binada olan 36 nəfəri təxliyyə edib. Həmçinin, dağıntılar nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmış bir nəfəri xilas ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA