24-02-2016 [17:20]
Fövqəladə Hallar Nazirliyi (FHN) AzDTN (dövlət tikinti normaları) 1.6-2 "Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları” barədə qərarında dəyişiklik edib.
Sənədi fövqəladə hallar naziri Kəmaləddin Heydərov imzalayıb.
Sənədə görə, AzDTN 1.6-2 "Tikintinin təşkili” Azərbaycan Respublikasının dövlət tikinti normaları müvafiq qaydada verilmiş tikintiyə icazə əsasında yeni bina və qurğuların inşasına, mövcud tikinti obyektlərinin yenidən qurulmasına və sökülməsinə, eləcə də ərazilərin abadlaşdırılmasına və mühəndis hazırlığına şamil olunur. Elektrikötürücü xətlər, rabitə xətləri, boru kəmərləri və digər texniki infrastruktur obyektləri, o cümlədən dəmiryolu zolağında, avtomobil yolları və digər nəqliyyat yolları üçün ayrılmış zolaqlarda bu növ obyektlər inşa edilərkən əlavə olaraq şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmalıdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi infrastruktur obyektlərinə, dövlət sirri təşkil edən obyektlərə, radioaktiv və partlayıcı maddə və materialların istehsal, emal olunduğu və saxlandığı obyektlərə, habelə atom enerjisindən istifadə sahəsində nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblərin irəli sürüldüyü obyektlərə münasibətdə dövlət sifarişçiləri və ya həmin obyektlərdə təhlükəsizliyin təmin edilməsi üzrə səlahiyyətli icra hakimiyyəti orqanları tərəfindən və dövlət satınalma müqavilələri ilə müəyyən edilmiş tələblərə riayət olunmalıdır.
Qaydaya edilən əlavəyə əsasən, bu AzDTN Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu və 80-ci maddələrinə əsasən tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu yaşayış evlərinə şamil edilməyəcək. Yəni, hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin, xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla), hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin, kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin, fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin, təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin, hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların tikintisinə aid deyil.
Tikinti zamanı mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur(Report).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi