24-02-2016 [14:42]
Dünyada istehsal olunan bahalı avtomobillərin satıldığı ölkələrdən biri də Azərbaycandır. Ölkəyə gələn əcnəbilər Azərbaycanı böyük ölçülü maşınlarla xarakterizə edir.
Bu tip "cip”lər neftlə zəngin Şərq ölkələri, o cümlədən Azərbaycan üçün istehsal olunur. Həmin böyük maşınları istehsal edən ölkələrdə isə o ölçüdə avtomobillər gözə dəymir. Dəyəri 200-500 min dollar olan maşınlar dəbdəbəli həyata üstünlük verən insanlara satılır. Azərbaycana gətirilən avtomobillər də zaman-zaman mediada müzakirəyə səbəb olub. Bir neçə halda milyondan çox qiyməti olan avtomobillərin gömrükdə saxlanılaraq ölkəyə buraxılmadığı barədə məlumatlar yayılıb.
Bu günün iqtisadi çətinliklərinin paytaxtda tıxacı azaltdığı dönəmdə "Qafqazinfo” maraqlı araşdırma aparıb. Məlum olub ki, bahalı maşınlara olan maraq bu çətin dövrdə də azalmayıb, hətta artıb.
Belə ki, yüksək qiymətli maşınların əksəriyyəti artıq sifariş olunub. Məsələn, redaksiyaya daxil olan məlumata görə, "Bentley Azerbaijan” şirkəti bu il ölkəmizə 12 avtomobil gətirməyi planlaşdırıb. Artıq bütün avtomobillərin pulu tam ödənərək sifariş olunub. Bu avtomobillərin hər birinin qiyməti 500 min dollardan çoxdur.

Eyni mənzərə digər bahalı markalı avtomobillərdə də var. Məsələn, "Lexus LX 570” model avtomobilin 2016-cı il buraxılışı üçün artıq sifarişlər tamamlanıb. Bu avtomobillərin ilk göndərişi martın sonuna planlaşdırılıb. Şirkətdən "Qafqazinfo”ya bildirilib ki, hazırda sifariş olunmayan 2 avtomobil qalıb. Qalan bütün avtomobillərin sahibi artıq məlumdur. Bu model maşınların qiyməti təxminən 200-250 min manatdır.
Avtomobil salonlarının Bakı üçün sifariş edərək gətirdiyi və bir neçə gün öncə satışa çıxarılan "Range Rover” 483 min manata, "Mercedes S 65 AMG” 499 min manata, 2015-ci il buraxılışlı 510 at gücündə "Range Rover” 429 min manata, maşın həvəskarları arasında "Qalik” və ya "Gallenwagen” adlandırılan "Mercedes G 63 AMG”-nin 2016-cı il buraxılışı 382 min manata, "Mercedes S 500” 466 min manata təklif olunur.

"Lamborghini Azerbaijan” mərkəzindən "Qafqazinfo”ya bildirilib ki, bu il üçün sifariş olunan avtomobillərin sayı məxfi məlumat hesab olunur və açıqlanmır. Bu avtomobillərin qiyməti isə sifariş zamanı təchizatla bağlı seçilən özəl istəklərdən asılı olaraq dəyişir. Ümumi olaraq, bu brend adı altında olan avtomobillərin qiyməti yarım milyon manat ətrafında olur.
Murad Əhməd



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi