Yeni qurum yaradıldı: Nazir müavininə vəzifə verdi - Təyinatlar

img

24-02-2016 [13:15]


Gənclər və İdman Nazirliyində Apellyasiya Şurası yaradılıb. 

Nazirlikdən verilən məlumata görə, şuranın yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsidir.

Apellyasiya Şurasının tərkibinə nazirliyin və onun tabeliyində olan qurumun məsul şəxsləri daxildir. Gənclər və İdman Nazirliyinin Apellyasiya Şurasına sədrlik nazir müavini İntiqam Babayevə həvalə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA