Dövlət komitəsindən deputatın ittihamlarına cavab verməkdən yayındılar

img

24-02-2016 [13:14]


Milli Məclisin deputatı Asim Mollazadə Amerika Birləşmiş Ştatlarında (ABŞ) Azərbaycan diasporunun yox vəziyyətdə olmasını bildirib.

"Bizim diasporumuz yox vəziyyətdədir. Çox təəssüf ki, Azərbaycanlıların ənənəvi xüsusiyyəti var, onlar öz vətənlərində yaşamaq istəyirlər. Ona görə də biz dünyada səpələnməmişik ki, kifayət qədər yaşadığımız ölkədə fəal olaraq bu ölkənin siyasətinə təsir göstərə bilək”.

Məsələ ilə bağlı Diasporla iş üzrə Dövlət Komitəsindən münasibət öyrənilməyə çalışılıb.

Komitədən yalnız bir cümlə ilə cavab verilərək bildirilib ki, onlar deputatın şərhinə münasibət bildirməyəcəklər.

Qeyd edək ki, sözügedən komitənin rəhbəri Nazim İbrahimovdur.

Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA