Daha bir komitədə yeni qurum yarandı, sədr müavininə vəzifə verildi

img

24-02-2016 [11:55]


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Apelyasiya Şurası yaradılıb.

Mia.az Komitəyə istinadən xəbər verir ki, komitə sədri Hicran Hüseynovanın əmri ilə yaradılan Apelyasiya Şurasının tərkibi və katibliyi təsdiq edilib. Komitənin sədr müavini xanım Sədaqət Qəhrəmanova Şuranın sədri, Komitə aparatının şöbə müdirlərindən ibarət 8 nəfər isə Şuranın üzvləri təyin ediliblər. Eyni zamanda, Şuranın Katibliyinin tərkibi təsdiq edilib.

Apelyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi icra hakimiyyəti orqanının və onun struktur qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən verilən təkrar şikayətlərə baxan və ictimai əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

Qeyd edək ki, "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 03 fevral tarixli fərmanı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması ilə bağlı göstəriş verilib və mərkəzi icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə təsdiq edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA