Ramil Usubov əmr verdi - Yeni təyinatlar oldu

img

24-02-2016 [11:10]


Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi həyata keçirilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Xətai rayon Polis İdarəsinin Narkotiklərə qarşı mübarizə şöbəsinin rəisi Fəxrəddin Hacıyev tutduğu vəzifədən azad edilib.

O, Zərdab rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Füzuli rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Elşən Qayıbov Beyləqan RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
Azvision.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA