23-02-2016 [21:25]
"Mən onların arasındakı danışıqlarda vasitəçi olduğuma görə kimin hansı mövqedə olduğunu, Məshədovun hansı təklifləri göndərdiyini və Putinin onlara nə cavab verdiyini yaxşı bilirdim. Şəxsən Rusiya Prezidenti Vladimir Putin 2004-cü illərdə Beslanda əsirlərin azad edilməsinin qarşısını alıb”.
Bunu "Azadlıq” radiosuna müsahibəsində Vladimir Putinin keçmiş məsləhətçisi Andrey İllarionov söyləyib. Onun sözlərinə görə, Putin əsgərlərə uşaqların girovluqda olduğu məktəbə hücum etmək barədə əmr vermişdi:
"2004-cü ildə mən Beslandakı əsirləri azad etməyə cəhdin əlaqələndiricilərdən biri oldum. O zaman Aslan Məshədov Putinə əsirlərin azad edilməsi üçün öz təklifini göndərdi. O, sadəcə olaraq Beslana girməsi və çıxması üçün ona təhlükəsiz dəhlizin təmin edilməsini istədi. Məshədova bu imkan verilmədi. Bir sutka sonra Məshədov dedi ki, ona Beslandan çıxmaq üçün təhlükəsiz dəhliz lazım deyil. O, sadəcə, uşaqları xilas etmək üçün Beslana girməyə zəmanət istəyirdi və bundan sonra özünü hətta hərbçilərə təslim etməyə də hazır idi. Bu təklifə də Putin "yox” dedi. Sonda o, heç nədən, heç bir təhlükəsiz dəhlizdən asılı olmayaraq, Beslana girəcəyini və uşaqları xilas edəcəyini bildirdi. Bu informasiya gələndən bir, ya da iki saat sonra rus ordusu Beslana hücuma başladı. Çox güman ki, onlar Məshədovun gəlib, insanları xilas edəcəyindən qorxurdular. Mən onların arasındakı danışıqlarda vasitəçi olduğuma görə kimin hansı mövqedə olduğunu, Məshədovun hansı təklifləri göndərdiyini və Putinin onlara nə cavab verdiyini yaxşı bilirdim. 3 sentyabrda əsirlərin kütləvi şəkildə öldürülməsindən sonra mən öz vəzifəmdən istefa vermək qərarına gəldim”.
Qeyd edək ki, Şimali Osetiyanın Beslan şəhərində terror aktı 2004-cü ilin 1 sentyabrında törədilib. Çeçen yaraqlılarından ibarət dəstə orta məktəblərdən birinə daxil olaraq, 1000-dən çox şəxsi əsir götürüb. Sonradan Federal Təhlükəsiz Xidmətinin (FSB) məktəbə hücumu nəticəsində 28 terrorçu və 314 əsir həlak olub. Terrora görə məsuliyyəti üzərinə mərhum çeçen səhra komandiri Şamil Basayev götürüb.
Aslan Məshədov tanınmamış Çeçen-İçkeriya Respublikası ordusunun yaradılmasında yaxından iştirak edib. Cövhər Dudayev və Zəlimxan Yandarbiyevdən sonra 1997-ci ildə respublikanın prezidenti seçilib. 2005-ci ilə qədər prezident səlahiyyətlərini icra edib. 2005-ci ildə FSB-nin keçirdiyi xüsusi əməliyyat nəticəsində qətlə yetirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi