23-02-2016 [15:38]
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Suriyada atəşkəslə bağlı razılaşmanı şərh edib:
Suriyada bütün münaqişə tərəfləri arasında fevralın 27-dən başlayacaq atəşkəs rejimi mənəvi dəyərlərə, insanlığa hörmət və sevgi baxımından olduqca təqdirəlayiqdir. Rusiya prezidenti Putinin bununla bağlı ABŞ-ın prezidenti Obama ilə telefon danışığı zamanı konkret razılığa gəldiklərini elan etməsi atəşkəsin baş tutacağına əminliyi artırır. Çox güman ki, iki nəhəng dövlətin başçıları verdikləri sözə əməl etməyə çalışacaqlar.
Atəşkəsin baş tutacağını həm ABŞ, həm Rusiyanın bunda maraqlı olması da təsdiq edir. Belə ki, neftin qiymətinin aşağı düşdüyü indiki ağır iqtisadi çətinliklər fonunda Rusiyaya fasiləsiz geniş hərbi əməliyyatlar aparmaq sərf etmir. Rusiya bu münaqişədən tezliklə bir yol tapıb çıxmaq istəyərdi. Buna görə də təşkəs təklifi onun üçün göydəndüşmə oldu.
ABŞ üçün də indiki dövrdə atəşkəsə nail olunması vacib idi. Çünki Suriyada qaçqın axınının qarşısını almaq mümkün olmurdu və bu da onun Avropalı müttəfiqləri ilə arasında gizli narazılığı bir az da dərinləşdirirdi. Üstəlik, regionda Rusiyanın təşəbbüsü ələ alması və ABŞ-ın dəstəklədiyi qüvvələrin getdikcə küncə sıxışdırılması ilə müşahidə edilirdi. Ona görə də atəşkəsə nail olmaq indiki vaxtda ABŞ üçün də yetərincə vacib idi.
Maraqlıdır ki, prezident Putinin açıqlamasında Suriyada baş verənlərin kənardan qızıdırıldığı da dolayısı ilə etiraf edilir. O deyir ki, "Razılaşma qüvvəyə mindikdən sonra İŞİD-ə qarşı havaəməliyyatları davam etdiriləcək. Atəşkəs rejimi ilə bağlı Rusiya tərəfiSuriyahökuməti ilə zəruri işlər görəcək. Ümidvarıq ki, ABŞ rəhbərliyi öz növbəsində dəstək göstərdiyi qruplaşmalara qarşı analoji addım atacaq”. Bu o deməkdir ki, qarşı duran tərəflərdən birini Rusiya, digərini isə ABŞ dəstəkləyib. Lakin heç bir tərəf Suriyada baş verənlərə görə məsuliyyətini indiyədək etiraf etməyib.
Razılaşmada İŞİD-ə qarşı hava əməliyyatların davam etdirilməsi barədə fikrə yer verilməsi isə atəşkəs rejiminin kövrəkliyinə zəmin yaratmaqla yanaşı, Rusiyanın üstün mövqeyini qoruyub saxladığını göstərir. Çünki Suriyada hərbi bazaları olan Rusiya istənilən vaxt İŞİD-lə mübarizə adı altında əks tərəfin canlı qüvvəsini, texnikasını və hərbi birləşmələrini sıradan çıxarmaq imkanı əldə etmiş olacaq. Beləliklə, atəşkəsin başlaması Rusiyanın Suriyada öz mövqelərini möhkəmləndirməsi ilə müşayiət ediləcək. Bu amil atəşkəsin uzun müddət davam etməməsi üçün əsas səbəb ola bilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi