23-02-2016 [14:42]
İbrahim İSGƏNDƏRLİ
Mədəniyyət hər bir xalqın qəlb güzgüsüdür. Ona baxanda həmin xalqın inkişaf halını görüb qiymət vermək olur. Baxın, görün bizim bugünkü mədəniyyətimizin halı necədir?!
Bu haqda mən çox şərh vermək istəməzdim.
Bir misal: 80-ci illərdə Ü.Hacıbəyovun "Məşədi İbad” tamaşasının quruluşu ilə 2008-ci ildə qoyulan (Azərbaycan Dövlət Opera və Balet Teatrında) eyni adlı tamaşanı müqayisə etsək hər kəsə hər şey aydın olar. O vaxtın " Məşədi İbad” tamaşasına baxanda 2008-ci ildə qoyulan "Məşədi İbad” tamaşası açıq şəkildə professionallıqdan həvəskarlığa doğru meyillənməyimizin göstəricisi kimi qiymətləndirilə bilər. Acı da olsa deməliyəm ki, get-gedə geriləyirik. Çünki yaxşı, mənalı yaşamağı istəmək azdır, onu əldə etmək üçün çox zəhmət ortaya qoymalısan. Sənətdə də belədir. Bunu bir sözlə anlamaq lazımdır. Sənət dünyasında nadan, cahil insanlar olmamalıdır. Ancaq təəssüflər olsun...
Bu yaxınlarda AzDramada rəhbər və aktyorlar arasında xoşagəlməyən hadisəni xatırlamaq yerinə düşərdi. Orada dedi-qodu və qalmaqal gündəlik hadisəyə çevrilmişdi. Sonda rəhbər başqa birisi ilə əvəzləndi. Nəticədə teatrın ab-havasında "sakitçilik” yarandı. Elə bilirsiniz nə isə dəyişildi? Əsla! Çünki biz belə problemləri həll etmək istəyiriksə mütləq düzgün həll yolu tapmalıyıq. Yoxsa bu ab-hava bizləri çox erroziyaya uğradacaq. Erroziyaya uğramamaq üçün isə ən sadə və çətin yol reforma yoludur. Bu olmasa gələcəkdə biz daha acınacaqlı lövhələrlə üz-üzə qalacağıq.
Onu da deməliyəm ki, bu günlərdə AzTV – də baş verən olaylar AzDramada baş verən olaylardan heç də fərqlənmir. Doğrusu, bu səpkili mövzuda məni bir vətəndaş kimi kimlərinsə mövqeyi deyil, hal-hazırda cəmiyyətin formalaşmasında rupor rolunu oynayan AzTV-nin və yerli kanalların, başqa sözlə desək televiziya dünyamızın necə və nə cür olması əndişələndirir.
Televiziyada baş verənlər cəmiyyətin informasiya sferasında nələrin baş verdiyini çılpaq şəkildə ortaya qoydu. Çirkli informasiya sferamızın havası nə
qədər çirkli görünürdüsə, bu hal daha artıq çirklənməni qabarıq formada tamaşaçıya göstərdi. Olub-qalan tamaşaçı kütləsi bunu belə açıq formada görəndə, özünün illər boyu içində yığılıb qalan o acı iztirablarını qatı formada lənətləmiş oldu.
Deməliyəm ki, tamaşaçı iztirablarını bu formaya salanlar, istər AzTV-nin direktoru Arif Alışanov və onun əməkdaşları, istərsə də oranın keçmiş əməkdaşı Qulu Məhərrəmli başdan-ayağa qədər haqsızdırlar. Haqsızdırlar, ona görə ki, hər biri yaratdığı o dedi-qodu atmosferasını utanıb-çəkinmədən cəmiyyətin gündəminə oturtdular. Bu dedi-qodunu yaradan insalar isə ümumiyyətlə dövlət televiziyasının nə olduğunu əyani formada belə anlaya bilmir, yaxud özlərinin məqsədlərini bu formada həyata keçirmək üçün bundan bir vasitə kimi istifadə edirlər. İstər 30-40 il bundan əvvəl, istərsə də indi heç bir şəxs dövlətin istəyi olmadan bu televiziyada heç bir yenilik əldə edə bilməz.
Demokratik cəmiyyətdə azad söz heç vaxt buyruqla ola bilməz, olsa o azad söz yox, inzibati göstəriş kimi qəbul edilməlidir.Yəni, bu televiziyanın məqsədi dövlətin siyasətini onun istədiyi formada ictimaiyyətə çatdırmaq və onu maarifləndirməkdir. Ancaq XXI əsrdə kimisə "tənqid etmək” üçün növbəyə dayanmaq çox vahiməli haldır.
Həmçinin, hər bir şəxsi tutduğu kresloya istinad edib tənqid edəndə mütləq tutarlı dəlillərə və faktlara istinad etmək lazımdır, yoxsa bədii sözlərlə məsələyə yanaşmaq olmaz. Sual olunur: Niyə uzun müddət əməkdaşlıq etmiş şəxslər bu gün heç bir nəzakət qaydalarına məhəl qoymadan çox biçimsiz ifadələrlə bir-birlərini qaralayırlar. Səbəb ancaq maraqlardır. Məhz bu maraqların nəticəsidir ki, bu gün Sizlər vəzifə uğrunda bu qədər ifrat formada bir-birinizi ittiham edib, milli mədəniyyətimizin az-çox qalmış yaradıcı sferasına zərbə vurursunuz.
Mən heç vaxt o şəxsə inana bilmirəm ki, ümumi formada kimisə ittiham edib, yaxud "milyonlarla vəsaiti yeyib kadrları ələ salmış” kimi misal çəkməklə kimlərisə günahlandırır. Fakt yoxdursa orada güclü maraqlar rol oynayır. Bu maraqlar milli dəyərlərdən ucada olanda bu cür lövhələrlə qarşılaşırıq.
Bunlardan qurtulmaq üçün necə ki, deyirlər televiziya yeni texnika ilə təchiz edilib, məhz kadrların zehinlərində də yenilik etməlidirlər ki, əsl istənilənə nail olunsun. Harada görmüsünüz ki, yeni texnikanın içi qalsın, üstünü dəyişsinlər? Bizdə isə əksinə kadrlarımızın üst-başları dəyişib ancaq əsl dəyişməli olan zehinləri dəyişilməyib. İdarəçilikdə qohumbazlıq, regionçuluq bizləri feodal qaydalarına meyilləndirir. Bundan bir dəfəlik qurtulmaq lazımdır. Bu çox qorxulu bir tendensiyaya çevrilir, nəticədə də demokratik dəyərlərdən uzaqlaşmaq məcburiyyətində qalırıq.
Bizlər, həmişə adi olan hadisələri belə bədii nöqtəyi-nəzərdən istər ədəbiyyatda, istərsə də ekranda heç bir prinsiplərə nəzər yetirmədən yalnız bəsit təfəkkürümüzə istinad edərək o motivlərdə onu dəyərləndiririk. Götürün ekranlaşdırılmış və yaxud ədəbiyyatda yaradılan əsərləri. Ona görə də biz biz ola bilmirik. Səbəbi isə odur ki, biz özümüzdən həmişə qaçmışıq. İstər televiziyada, istərsə də teatrda baş verənlər bunu bir daha sübut edir.
Məlum olaylar istər AzDramada istərsə də AzTV-də olan münasibətdə tamaşaçını öz baxışlarında dəyişiklik etməyə məcbur etdi. Tamaşaçı sarıdan əziyyət çəkən teatr və televiziya olub-qalanını daha da itirmək qarşısında qaldı. Çünki reputasiya illərlə əldə olunur, onu bu cür formada itirmək isə həmin reputasiyanın dəyərini bilməyənlər tərəfindən belə tez itirilir.
Bəlkə bunlardan nəticə çıxaran praqmatik insanlar ən düzgün yol olan reformaya biganə qalmayıb, o istiqamətə meyl edərlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi