23-02-2016 [14:32]
Deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı idman kopmpleksləri və xəstəxanaların özəlləşdirilməsinə diqqət çəkib.
Deputat bir neçə ildən həmin komplekslərin təmir olunması üçün dövlət vəsaitinin yetməyəcəyini bildirib. "Səhiyyə sistemində olan avadanlıqlar demək olar ki, hər gün yenilənir. Bir müddətdən sonra onların alınmasına imkan yetməyəcək. Ona görə həmin idman kompleksləri və səhiyyə ocaqları özəlləşdirilməlidir. Yoxsul təbəqə üçün isə icbari tibbi sığortanın tətbiqinə başlamalıyıq”.
Eyni zamanda deputat rayonlarda tikilən hava limanlarının da özəlləşdirilməsinin vacib olduğunu bildirib.
"O vaxt Lənkəran, Zaqatala, Qəbələdə hava limanları tikilərkən bildirmişdim ki, onların yerinə işləyən zavodlar tikilsin. Məsələn Lənkəranda velosiped zavodu tikilsin. Ölkəmizə nə qədər velosiped idxal olunur. İndi onları heç olmazsa özəlləşdirmək lazımdır ki, AZAL-la rəqabət mühitinə girsin. Bura xarici ucuz şirkətləri cəlb etməliyik.
Eyni zamanda universitetlər özəlləşdirilməlidir”.
Onun sözlərinə görə sahibkarlarda hələ də əminlik yoxdur ki, növbəti devalvasiya olmayacaq.
"Çünki manatla kredit verilmir. Dollarla isə almağa risk etmirlər ki, yenidən devalvasiya ola bilər. Bu gün sahibkarlar gözləmə mövqeyi tutublar.
İdxal aparan sahibkarlar 36 faiz rüsumun azaldılmasını gözləyirlər. Çünki bu onlar üçün yüksək rəqəmdir. Mən bilmirəm baş verənlərdən iqtisadiyyat naziri Şahin müəllimin xəbəri varmı?! İqtisadiyyat Nazirliyi bir açıqlama verməlidir ki, hansı vəziyyət var və bundan çıxış yolları nədən ibarətdir. Əlbəttə, bu sahibkarlıq atmosferinə müsbət təsir göstərər”.
Futbolun çox populyar idman növü olduğunu deyən Q.Həsənquliyev Bakı Futbol Akademiyasının icraçı direktorunuin yazdıqlarına diqqət çəkib.
"O yazıb ki, orada çox böyük perspektivləri olan 300 uşaq və gənc yetişdirilir. Onların inkişafı üçün xaricdən mütəxəssislər dəvət olunur. Maliyyə çatışmazlığından bu klub bağlanır. Hökumət bu məsələyə diqqət yetirməlidir və imkan verməməliyik ki, həmin futbol klubu tamamilə bağlanıb, sıradan çıxsın”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə deyib ki, Azərbaycanda iqtisadi böhran deyil, müəyyən çətinliklər var: "Hökumətin də konsepsiyaları var və bu çətinliklərdən çıxacağımızı görəcəksiniz”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi