23-02-2016 [13:56]
Milli Məclisdə büdcə müzakirəsi davam edir.
İlasda çıxış edən deputat Vahid Əhmədovbildirib ki, 2016-cı ildə ölkənin inkişafı üçün əsasən tez gəlir gətirən və işlə təminat üçün önəmli sahələrə, kənd təsərrüfatı sahəsinin və kiçik və orta sahibkarlığın inkişafına diqqət artılmalıdır.
Millət vəkilinin sözlərinə görə, növbəti devalvasiyanın baş verməməsi üçün bu sahələr inkişaf etdirilməlidir: "Düşünürəm ki, kənd təsərrüfatı üçün ayrılan vəsait azdır. Ölkədə regionların suvarma sistemində ciddi problemlər qalır. Bu məsələləri nəzərə almaq lazımdır”.
V.Əhmədov daha sonra ipoteka ilə bağlı çıxış edib. Deputat qeyd edib ki, prezident ipoteka üçün 200 mln. manat vəsait ayırıb. Hökumət bu barədə düşünməlidir.
Deputat Əli Məsimli2016-cı ilin dövlət büdcəsinə dəyişiklikləri qiymətləndirib. "Büdcə elə qurulub ki, bu, struktuk dəyişikliyə yardım edə bilər. 18,5 mlrd. manat az məbləğ deyil".
Millət vəkili, həmçinin qeyd edib ki, Mərkəzi Bank inflyasiyanı səngitmək üçün sərt pul-kredit siyasəti həyata keçirir ki, bu da gələcəkdə qeyri-neft sektorunun inkişafını ləngidə bilər.
"Sərtliyə varılması neftdənkənar sahələrin boğulmasına gətirib çıxara bilər. İxrac potensialının neftdənkənar sahələr hesabına artırılması istiqamətində addımları poza bilər. Nazirlər Kabinetini əlaqələndirmə funksiyalarını yerinə yetirməyə çağırıram. Sərt pul siyasəti islahatları ləngidə bilər", - deyə Ə.Məsimli vurğulayıb.
Deputat Musa Quliyevölkəyə idxal edilən dərman vasitələrinin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsindən söz açıb "Bir tərəfdən dərmanların qiymətlərini tənzimlənməyirik, digər tərəfdən ölkəyə gətirilən dərmanların üzrədində olan ƏDV vətəndaşlardan çıxır. Sahibkarlar həmin dərmanları gətirərkən uduzmurlar. Çünki, onların ödədiyi əlavə dəyər vergisini vətəndaşların ciblərindən çıxırlar. Hesab edirəm ki, bu məsələyə diqqət yetirilməlidir”.
Milli Məclisin üzvü Fazil Mustafaisə bildirib ki, ölkədə kölgə iqtisadiyyatı ilə bağlı ciddi addımlar atılmalıdır. Deputat hesab edir ki, bu hal baş verməsə, Vergilər Nazirliyinin xətti ilə Dövlət büdcəsinə daxilolmalarda artımın əsas yükü əhalinin üzərinə düşəcək:
"İri şirkətlər gəlirlərini gizlədir. Belə bir şəraitdə Vergilər Nazirliyinin xətti ilə Dövlət büdcəsinə daxilolmalarda əsas yük əhalinin üzərinə düşəcək. Ona görə də kölgə iqtisadiyyatını aradan qaldırmaq lazımdır”.
Milət vəkilinin Azərbaycan iqtisadiyyatını primitiv adlandırması, I vitse-spiker Ziyafət Əsgərovun kəskin etirazına səbəb olub: "Bu fikirlərlə razılaşa bilmərəm. 2008-ci ildə Avropada böhran olanda, Azərbaycanda iqtisadi sisteminin dayanıqlığını özünüz gördünüz. Bu, müvəqqəti çətinlikdir. Hazırkı vəziyyət dünyada baş verən proseslərlə əlaqədardır. Azərbaycanda iqtisadi böhran yoxdur, iqtisadi çətinliklər var. Bu, iqtisadi çətinliklərdən çıxmaq üçün hökumətin konkret konsepsiyası var və aparılan islahatlar nəticəsində bundan qurtulacağıq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi