23-02-2016 [12:10]
Dövlət Dəmir Yolu İdarəsinin Departament rəisi Çingiz Məmmədovun Gəncə, Bakı, Xaçmaz və Qubada milyonluq mülklərinin şəkilləri yayılıb.
Ötən günlərdə Dövlət Dəmiryolu İdarəsinin Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin rəhbəri Çingiz Məmmədovun inanılmaz sərvətə malik olduğu barədə məlumat vermişdik. Həmin məlumatda qeyd olunurdu ki, sözügedən şəxs Dəmir Yolu İdarəsinin həyata keçirdiyi bütün tenderlərə nəzarət edib və sifariş edilən işləri həyata keçirən iş adamlarının pullarını bu günə qədər ödəməyib.
Aktual.az xəbər verir ki, müraciət edən sahibkarlar Camal Əhmədli, Cavanşir Əsgərov və Rahid İbadi bildirmişdilər ki, Çingiz Məmmədov bu günə qədər onlara verilməli olan 394 min manatı ödəməkdən imtina edir. Məsələ ilə bağlı bütün dövlət qurumlarına etdikləri müraciətlərin cavabsız qaldığını qeyd edə niş adamları xeyli məbləğdə ziyana düşdüklərini və çıxılmaz vəziyyətdə olduqlarını vurğulamışdılar. Onlar dövlət başçısından məsələnin həlli ilə bağlı dəstək istədiklərini də qeyd etmişdilər.
Bu gün isə Çingiz Məmmədovun ölkənin müxtəlif yerlərində dəyəri milyonlarla manat olan mülkləri və obyektlərinin fotoşəkilləri JAM.AZ-a göndərilib. Oxucularımızdan biri tərəfindən göndərilmiş fotolarda Dövlət Dəmir Yolu İdarəsi Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin rəhbərinin Bakı, Quba, Xaçmaz, habelə Gəncədə inşa etdirdiyi milyonluq tikintilər əksini tapıb.
Qeyd edək ki, Çingiz Məmmədova məxsus olan ən bahalı mülk Bakı şəhəri, Koroğlu küçəsi 12 ünvanında yerləşir. Bu villanın dəyərinin bir neçə milyon manat olduğu bildirilir.
Qubada İ.Dağıstanlı küçəsi 2 ünvanında inşa edilmiş villanın isə dəyəri Bakıdakından bir qədər ucuzdur. Lakin bu villanın da milyon manatdan artıq qiymətinin olduğu deyilir.
Xaçmaz rayonunda tikilməkdə olan, hazırda tamamlanma işləri aparılan Şadlıq Sarayına gəldikdə isə onun Dəmir Yolu İdarəsinin Mədəniyyət Klubunun yerində inşa edildiyi göstərilir. JAM.AZ-a məlumat verən mənbə qeyd edir ki, həmin Mədəniyyət Klubu sökülərək, yerində Çingiz Məmmədovun həyat yoldaşının adına olan Şadlıq Sarayı inşa etdirilir.
Gəncə şəhərində yerləşən 1,2 hektar ərazi isə Dəmir Yolu İdarəsinin balansından çıxarılaraq, Çingiz Məmmədov tərəfindən özəlləşdirilib. Bu özəlləşdirmədən sonra həmin ərazidə böyük ticarət dükanları inşa edilib, hazırda istifadədədir. Belə ki, bu dükanlar yerli sahibkarlara icarəyə verilib.
Bir başqa obyekt isə Gəncə şəhəri, Heydər Əliyev Prospektində yerləşən NQÇ-nin keçmiş binasıdır. Həmin bina da Çingiz Məmmədov tərəfindən özəlləşdirilib.
Qarşı tərəfi də dinləməyə hazırıq.











http://www.aktual.az/cemiyyet-2/demir-yolu-idaresinin-departament-reisinin-milyonluq-villa-ve-obyektleri-36471
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi