Bakıda daha bir nəfər özünü yandırdı - Banka borcuna görə

img

23-02-2016 [10:51]


Bakı sakini özünü yandırıb. Mia.az lent.az-a istinadən xəbər verir ki, hadisə fevralın 22-də saat 18-00 radələrində Bibiheybət qəsəbəsi Namiq Quliyev küçəsi 23 ünvanının qarşısında baş verib.

Həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Bəkirov Eldar Akif oğlu sərxoş vəziyyətində üstünə benzin tökərək özünü yandırıb. Vətəndaş ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

E.Bəkirov özünü yandıran zaman banka borcu olduğunu və ailəsini dolandıra bilmədiyini deyib. Həmçinin qeyd edilir ki, o, spirtli içki aludəçisidir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA