Polis qadın sürücünü maşını ilə birlikdə evakuatorda apardı - VİDEO+FOTOLAR

img

23-02-2016 [10:26]


Bu gecə yol polisi əməkdaşları qadın sürücünün müqaviməti ilə üzləşiblər.

Mia.az lent.az-a istinadən bildirir ki, polis əməkdaşları Neftçilər prospektində yol hərəkəti qaydasını pozan "Hyundai" markalı avtomobilin xanım sürücüsünə "Saxla!" əmri versələr də, o hərəkətini davam etdirib. Yaradılan süni tıxac nəticəsində avtomobil saxlanılıb. Lakin sürücü avtomobilin qapılarını bağlayaraq, sənədlərini polis əməkdaşına verməkdən imtina edib. Yoxlama zamanı məlum olub ki, Viktoriya Vlasovanın idarə etdiyi avtomobil axtarışdadır. O, iki ay əvvəl yol nəqliyyat hadisəsi törədərək ərazidən qaçdığı və banka borcu olduğu üçün axtarışa verilib.

Sənədlərini polis əməkdaşına təqdim etməyən xanım sürücü mobil telefonla tanışı ilə danışdıqdan sonra sükan arxasından sərnişin yerinə keçib. Viktoriya Vlasova müqavimət göstərdiyi üçün əraziyə əməliyyat qrupu çağırılıb. O, avtomobildən düşmədiyindən, əraziyə evakuator çağırılıb. Avtomobil sürücü ilə birgə evakuatora mindirilib.

Avtomobil cərimə meydançasına aparılıb. Xanım sürücü cərimə meydançasında da avtomobildən düşməyib. Araşdırmalar davam edir.

Polis qadın sürücünü evakuatorda apardı  -  Maşını ilə birlikdə + Fotolar
Polis qadın sürücünü evakuatorda apardı  -  Maşını ilə birlikdə + Fotolar
Polis qadın sürücünü evakuatorda apardı  -  Maşını ilə birlikdə + Fotolar
Polis qadın sürücünü evakuatorda apardı  -  Maşını ilə birlikdə + Fotolar


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA