23-02-2016 [09:49]
Türkiyədəki son terror olayları qardaş ölkənin məkrli qüvvələrin hədəfində olduğuna şübhə yeri qoymadı. Bəs bu qüvvələr kimdir, Türkiyə beynəlxalq siyasətdə kimin ayağını tapdayır? Əslində sualların təxmini cavabları bəllidir. Lakin bu prosesdə aysberqin görünməyən tərəfində kimlərin olduğu da maraqlıdır.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Yeni Müsavat"a bildirib ki, baş verənlərin birbaşa Ərdoğanla bağlı olduğunu düşünmür və bütövlükdə Türkiyənin hədəfdə olduğu heç kimə sirr deyil:
"Bölgədə vəziyyət həqiqətən gərgindir. Suriyada da müharibə gedir və bu müharibədə Türkiyə əsas oyunçulardan biridir, obyektiv olaraq müəyyən maraqları var. Türkiyə bölgədə terrorçularla savaş aparır. Təsəvvür edin ki, əgər əvvəllər Türkiyə bir terror qruplaşması ilə savaşırdısa, indi buna ikisi də əlavə olunub. İkisi Suriyada PKK-nin qolları PYD və YPG-dir. Bundan başqa da DAEŞ (İŞİD)-dir. Bunların hər biri Türkiyəni hədəfə alıb və zəiflətməyə çalışır. Ancaq son terror olayının arxasında başqa geosiyasi məqsədlər də ola bilər. Mümkündür ki, həmin PKK və onun törəmələri, eləcə də DAEŞ qəsdən bu terror aksiyasını Ankarada, ordu qərargahının qarşısında keçiriblər ki, Türkiyə Suriyaya müdaxilə etsin və bununla da Suriyada Türkiyə ilə Rusiya arasında qarşıdurma yaransın və bu iki dövlət arasında müharibə başlasın. Həmin qüvvələr də bundan öz maraqları üçün istifadə etsinlər”.
Politoloqun sözlərinə görə, hazırda Türkiyənin iki seçimi var: "Ya həqiqətən bu terror aksiyasından sonra Suriyaya müdaxilə edib bufer zonası yaratmaq, ya da artilleriya zərbələrini intensivləşdirmək. Təkbaşına Suriyaya daxil olmaq Türkiyəyə bir qədər problemlər yarada bilər. Ancaq hər halda, bu partlayışların arxasında xarici güclər də dayana bilər ki, onların da məqsədi Türkiyəni zəiflətmək ola bilər. Bu, təkcə Ərdoğana qarşı deyil. Türkiyənin bölgədə oynadığı roldan narahat olan qüvvələr var və həmin qüvvələr sanki Türkiyəyə qarşı bir koalisiya formalaşdırıblar. Çox təəssüf ki, Rusiya da bu koalisiyanın içində rol alıb. Rusiya bir il öncə Türkiyənin hərbi tərəfdaşı idi, nə PKK-ya dəstək verirdi, nə Suriyaya müdaxilə edirdi. İndi bunlar hamısı var. Rusiya Suriyada müxalifətin mövqelərini bombalayır, hansı ki o müxalifətə Türkiyə dəstək verir. YPG və PYD vasitəsilə Rusiyadan PKK-ya silahlar gedir ki, bunlar da Türkiyəni zəiflətmək üçündür. Rusiyada artıq hakimiyyətə yaxın ekspertlər açıq deyirlər ki, onların məqsədi bölgədə Türkiyəni zəiflətmək, parçalamaqdır və bu məqsədlə terrorçu təşkilatlara dəstək verirlər. Bu məsələdə çox təəssüf ki, Amerika ilə Rusiyanın maraqları üst-üstə düşür. Amerika bir tərəfdən deyir ki , Əsəd getməlidir və Rusiyanın Suriyada hərbi varlığı düzgün deyil. Digər tərəfdən də bilə-bilə Əsədin və Rusiyanın dəstək verdiyi PYD-yə dəstək verir. Bu da onu göstərir ki, terrorçulara dəstək məsələsində Amerika, Rusiya və Əsədin mövqeləri üst-üstə düşür”.
Elxan Şahinoğlu onu da bildirib ki, Rusiyadan fərqli olaraq, Amerika və Avropa Birliyi Türkiyənin bölgədə zəifləməsində maraqlı deyil: "Düzdür, Amerika terror qruplarını dəstəkləyir. Lakin onlar da anlamalıdırlar ki, Türkiyənin zəifləməsi onların da maraqlarına çox böyük zərbə vura bilər. Çünki Amerika Türkiyəni itirsə, müttəfiqini itirmiş olar. Düzdür, müttəfiq olaraq aralarında tez-tez fikir müxtəlifliyi yaranır. Ancaq Amerikanın Türkiyədə hərbi bazası var. Lazım olan məqamlarda Türkiyə Amerikanın müəyyən maraqlarını da həyata keçirir. Eyni zamanda Avro İttifaqı haqqında da bu sözləri demək olar. Türkiyəni öz sıralarına qəbul etməsələr də, onun tamamən zəifləməsində və parçalanmasında da maraqlı deyillər”.
AKP iqtidarının əleyhinə olan qüvvələrə gəlincə, Elxan Şahinoğlu bildirib ki, Türkiyənin həm daxilində, həm də xaricdə Ərdoğanın getməsini arzulayan qüvvələr var: "Qərbdə məhz ona görə belə bir qərar verilib ki, bir adam iki dəfədən artıq nazir olmamalıdır. Çünki bir adam uzun müddət hakimiyyətdə qaldıqca səhvlər də buraxır. Biz Türkiyəni dəstəkləyərkən onun səhvlərini də deməliyik. İndiki gərgin vəziyyətdə Türkiyənin İsrail və Misirlə münasibətlərini gərginləşdirməsi əslində Türkiyənin milli və təhlükəsizlik maraqlarına cavab vermir. Mən bir faktı da deyim ki, İsraillə münasibətlər Fələstinə görə korlandı. Ancaq indi Fələstin problemi heç yada düşmür, ərəblər də Ərdoğana o qədər də güclü dəstək vermirlər. Ancaq bunun qarşılığında İsrail kürd silahlı qruplaşmaları ilə təmas qurur, onlara silah verir. Həmçinin də Misir ərəb dünyasının əsas aparıcı dövlətlərindən biridir. Misirdə hakimiyyət dəyişdikdən sonra Ərdoğan yeni prezidentlə münasibətlərini tamam korladı və bu da Türkiyənin maraqlarına cavab vermir. Suriyada müharibə varkən, Rusiya ilə münasibətlər gərgin ikən Türkiyə çalışmalıdır ki, dostlarının sayı çox olsun, nəinki düşmənlərinin”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi