Güclü külək Bakıda orta məktəbin damını uçurdu

img

12-03-2010 [07:07]


Bu gün saat 16:30-da Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Ağaməli oğlu küçəsində yerləşən Təhsil Nazirliyinə məxsus 206 saylı orta məktəbin dam örtüyünün qoparaq yerə düşməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, dərhal nazirliyin xilasediciləri hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, güclü külək nəticəsində ikimərtəbəli orta məktəb binasının dam örtüyü, təxminən, 300kv.m. sahədə qoparaq yerə düşüb. İlkin məlumata görə, xəsarət alan olmayıb. Hazırda hadisə yerində qəzanın aradan qaldırılması istiqamətində iş aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA