Sabiq nazir Mikayıl Cabbarovu müdafiə etdi, ancaq: “Təbii ki, pulla övladlarını oxutmaq istəyənlər olacaq”

img

22-02-2016 [16:48]


Təhsil naziri Mikayıl Cabbarovun Azərbaycanda test sisteminin 3 il sonra ləğv oluna biləcəyi barədəki fikirləri cəmiyyətdə geniş rezonans doğurub. 

Sosial şəbəkələrdə bu fikrə etiraz edənlər test sisteminin ləğvinin yoxsul övladlarının ali təhsil müəssisələrinə qəbulunda problemlər yaradacağını bildirirlər.

Azərbaycanın keçmiş təhsil naziri Firidun Cəlilov Mikayıl Cabbarovun tərəfdarı olduğunu bildirib. O qeyd edib ki, ölkədə test sistemi tətbiq edilərkən bir neçə ildən sonra onun ləğvi nəzərdə tutulmuşdu: "Biz test sistemini tətbiq edəndə nəzərdə tutumuşduq ki, bir neçə ildən sonra, işlər qaydasına düşəndə o üsul ləğv olunmalıdır, ümumiyyətlə imtahan ləğv edilməlidir”.

İrəliyə getməyin vacib olduğunu deyən keçmiş nazir indiki şəraitdə test sisteminin ləğvi ilə rüşvətlə oxuyanların sayının artacağını vurğulayıb:  "Təbii ki, pulla övladlarını oxutmaq istəyənlər olacaq. Amma irəli getmək lazımdır”.

Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA