İcra başçısı yeni qurum yaratdı; Zakir Fərəcovdan təyinatlar

img

22-02-2016 [16:49]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2016-cı il tarixdə imzaladığı "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanının icrası ilə əlaqədar olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun müvafiq sərəncamı ilə Apellyasiya Şurası yaradılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətindən Xeberle.com-a verilən məlumata görə, sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxılması məqsədi ilə yaradılan Şuraya Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini- şəhər təsərrüfatı şöbəsinin müdiri Sahib Quliyev sədr təyin edilib.

Üzvlərinin sayı 6 nəfərdən ibarət olan şuranın tərkibinə Aparatın strukturuna aid olan şöbələrin rəhbər şəxsləri və işçiləri daxil edilib.

Qeyd edək ki, şurada Sumqayıt şəhər İcra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Həzi Əkbərov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Fəzail Hüseynov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Rəhimdil Əhmədov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şüşə Aslanova və İstehsal və xidmət sahələri sektorunun baş məsləhətçisi Firudin Əsgərov təmsil olunur.

O cümlədən katibliyin rəhbəri və üzvləri müəyyənləşdirilib.
Xeberle.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA