"Azəriqaz"da yeni struktur islahatı anonsu: - Regional idarələr ləğv olunur

img

21-02-2016 [22:07]


Azərbaycan Dövlət Neft Şirkətinin struktur bölməsi olan "Azəriqaz" İstehsalat Birliyində yaxın günlərdə yenidən struktur dəyişikliyi gözlənilir.

Mia.az xəbər verir ki, buna səbəb bir necə il bundan öncə aparılan struktur dəyişikliyinin effekt verməməsidir:

"Məlumat üçün deyək ki, o zaman struktur dəyişikliyi nəticəsində 8 regional Qaz İstismar idarəsi yaradıldı. Bunlar Zaqatala Regional Qaz İstismar İdarəsi (RQİİ), Salyan RQİİ, Xacmaz RQİİ,  Tərtər RQİİ,  Gəncə RQİİ,  Ağsu RQİİ və Şəmkir RQİİ adlı qurumlar oldu. Maraqlıdır ki, bu yeni qurumların hər birinə də 7, 8, 9  rayon xidmət sahələri tabe edildi. Bu isə gözlənildiyinin əksinə olaraq, faydalı iş əmsalı ilə yanaşı, işin keyfiyyətini də hərtərəfli kəskin aşağı saldı. Eyni zamada, rayon qaz idarələrində iş təcrübəsi olan işcilərin regional qaz idarələrinə göndərilməsi işlərin keyfiyyətinə mənfi təsirini göstərdi.

Məsələn, ucqar dağ rayonu olan Ağstafa Qaz istismarı İdarəsinin mühəndisi Şəmkir Regional Qaz İstismar İdarəsinə mühəndis kimi göndərildi. Məcburi göndərilən bu işcilər də müəyyən bəhanələrlə xəstəxanalarda bülleten açdırmaqla, günlərini kecirməyə başladılar. Bu da iş səviyyəsinin xeyli aşağı düşməsinə səbəb olub".

Məlumata görə, qeyd edilən struktur islahatından sonra əhali abonentlərində yığım da zəifləyib: "Bəli, bu islahatdan sonra qazpulu yığımı da kecmiş illərə baxanda xeyli zəifləyib, kəmərlərdə qaz itkiləri çoxalıb. Eyni zamanda, vətəndaşların ərizə və şikayətlərinə vaxtında və operativ baxılmaması halları da artıb. 

Bundan başqa, təsəvvür edin ki, Ağstafa rayonundan hansısa fiziki şəxs qaz alqı-satqısı üzrə müqavilə bağlamaqdan ötrü müəyyən vəsait xərcləyərək, Şəmkir RQİİ-yə gəlməlidir. Halbuki, əvvəl belə deyildi. Vətəndaş elə öz rayonunda bu problemi həll edə bilirdi. Bu fakt da haqlı narazılıq və islahat istəyi yaradıb...".

Hazırda bu və ya digər səbəblərdən "Azəriqaz"da yenidən islahatların aparılmasının gündəmə gətirildiyi deyilən məlumatda bildirilir ki, tezliklə bu problemlər səbəbindən qurumda yenidən islahata start veriləcək. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA