21-02-2016 [19:47]
Bu gün Azərbaycan dilində çox mürəkkəb proseslər gedir.
Bu sözləri media eksperti Qulu Məhərrəmli 21 fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı açıqlama verərkən deyib. Onun sözlərinə görə, Sovet dövründən fərqli olaraq, Azərbaycan dili indi daha geniş sahələrdə işlənir:
"Media orqanlarının sayı həddindən artıq çoxalıb. Bu o deməkdir ki, dilin tətbiq sahəsi də genişlənir. Azərbaycan dilinin leksikasında çox sürətli proseslər baş verir. Söz alma prosesi, alınma sözlərlə dilin qarşılığındakı sözlərin mübarizəsi gedir. Bu gün cəmiyyətdə baş verən hadisələr, o cümlədən, elmi-texniki proseslərlə bağlı dilimizə çoxlu yeni sözlər daxil olur. Hazırda Azərbaycan dili həddindən artıq işləkdir və genişlənir. Ancaq Azərbaycan dilinin öz təmizliyini qoruyub saxlaması əsas problem kimi qalmaqdadır. Konstitusiya, Dövlət Dili haqqında Qanun, Prezidentin sərəncamı ilə Azərbaycan dili və Azərbaycan əlifbası gününün ayrıca qeyd olunması, eyni zamanda, dilin qloballaşma şəraitində işlənməsi ilə bağlı Dövlət Proqramı dilin hüquqi əsasları və işlənməsi ilə bağlı problemləri aradan qaldırmağa imkan verir”.
Q.Məhərrəmli dillə bağlı əsas problemlərin dil daşıyıcılarından qaynaqlandığını bildirib:
"Əsas problem dilin tətbiqi və onun qaydalarının gözlənilməsi ilə bağlıdır. Təəssüf ki, yazılı mətbuatda, televiziya və radiolarda, şifahi nitqdə dilin normaları tez-tez pozulur. Bunun əsas səbəbi isə vətəndaşların dil qaydalarını yaxşı bilməməsidir. Düzdür, hamı öz dilində danışır, ancaq hamı gözəl danışa bilmir. Buna nail üçün olmaq ilk növbədə öz dilimizdə danışmalıyıq. Hazırda dillə bağlı AMEA Dilçilik İnstitutunda xüsusi "Qaynar xətti”miz fəaliyyət göstərir. Əvvəl yeddi rəqəmli nəzərdə tutulmuşdu. Daha sonra Rabitə Nazirliyi təklif etdi ki, əhalinin daha asan yadda saxlaması üçün xətt dördrəqəmli olsun. "Qaynaq xətt”imizin nömrəsi 16 57-dir. Bundan əhalini aktiv istifadə etməyə çağırıram. Bu "Qaynar xətt”ə şəhərdə – küçə və ya xidmət sahələri adlarında rast gəlinən yanlıqlıqla bağlı məlumat vermək, həmçinin, hansısa sözün yazılışındakı mübahisəli məsələni dəqiqləşdirmək mümkündür”.
Qeyd edək ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. BMT 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə məhz bu günü Beynəlxalq Ana Dili Günü elan edib.(Axar.az)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi