21-02-2016 [18:40]
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Əfv Komissiyasının yeni tərkibini təsdiq edib.
Yeni tərkibdə əvvəllər də komissiyanın üzvü olmuş millət vəkili Elmira Axundova da var. «Cənab Prezidentin Əfv Komissiyasının tərkibinin təsdiq olunması barədə sərəncamla məni yenidən ölkənin bu vacib Komissiyasına üzv təyin etməsi mənə qarşı böyük etimad və dəyərdir». DeputatUcnoqta.az-a açıqlamasında bildirib ki, hər zaman ölkə rəhbərliyinin göstərdiyi ehtiramı doğrultmağa, xalqın ləyaqətlə təmsil olunması, onun adının ucaldılması, dövlət maraqlarının qorunması istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır: «Onu da bildirim ki, mən 1995-ci ildə ilk dəfə bu Komissiyanın tərkibinə mərhum prezidentimiz, ümummilli lider Heydər Əliyevin göstərişi ilə təyin olunmuşam. Keçən 20 il ərzində Komissiyanın tərkibi bir neçə dəfə dəyişilib, bəzi həmkarlarımız dünyadan köçüb, bəziləri yeni vəzifələrinə görə Komissiyanı tərk ediblər. Bu müddət ərzində komissiyanın bütün üzvləri can-başla Əfv Komissiyasının işində iştirak ediblər. Prezidentin yürütdüyü humanist siyasəti nəticəsində on minlərlə məhkum vaxtından əvvəl ailələrinə qovuşub. Azadlığa çıxan həmin şəxslərin çox az qismi yenidən cinayət törədib. Böyük əksəriyyət bir daha həbs həyatı yaşamayıb. Bu da Komissiya üzvlərinin diqqətindən, işlərinə qarşı həssas münasibətindən, əfv məsələlərinin şəffavlıq əsasında həyata keçirilməsindən irəli gəlməkdədir. Komissiyanın yeni tərkibində eyni enerji, aktivliyi və prinsipiallığı ilə işləməyə çalışacağam».
O ki qaldı Novruz bayramı ərəfəsində növbəti əfv fərmanın olub-olmayacağına, Elmira Axundova bildirib ki, hələ nəsə demək çətindir: «Bu, Komissiya sədri və cənab Prezidentdən asılıdır. Lakin bizdə xoş ənənə yaranıb ki, böyük bayramlar ərəfəsində əfv fərmanı imzalanır. Ona görə də, çox böyük ehtimalla biz yaxın gələcəkdə iclaslarımızı başlayacağıq».
- See more at: http://ucnoqta.az/news/30782#sthash.K81iWX44.dpufƏli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi