Hollande Rusiyanı Türkiyəni savaşa çəkməkdə ittiham etdi, Peskov "Nə müharibə", - deyə, cavab verdi

img

20-02-2016 [22:29]


Fransa Prezidenti Hollande Rusiya ilə Türkiyə arasında müharibə riskinin hər keçən gün artdığı haqda açıqlama verib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa prezidenti belə bir savaşın nəinki bölgə, o cümlədən dünya üçün təhlükəli olduğunu bildirib: "Düzdür, bu savaş hələki dolayı gedir. Hər iki ölkə Suriyanın qərbini vururlar. Bu dolayı savaş isə hər an açıq müharibəyə səbəb ola bilər".

Hollande yaranmış vəziyyətdə Rusiyanı günahlandırıb: "Bu savaşın günahkarı Rusiyadır. Rusiya  Suriyada İŞİD-ə qarşı deyil, Əsədin möhkəmlənməsi üçün savaş aparır, bölgədə Əsədin müxaliflərini vurur. Buna görə orada qaçqınlara da yardım göstərmək mümkün olmur və bölgə daha xaotik hal alır".

Fransa prezidentinin Rusiyaya ittihamı və Türkiyə ilə  müharibə riski iddiasına isə Putinin köməkçisi Dmitri Peskovun cavabı geçikməyib.

Jurnalistlərin "Türkiyə ilə müharibə riski doğrudan varmı" sualına Peskov "Nə müharibə? Belə savaş ola bilərmi", - deyə, diplomatik cavab verib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA