Zakir Həsənov əmr verdi; Tanklarımız hərəkətə keçdi

img

20-02-2016 [13:04]


Birliklərdə tank heyətlərinin yarışları keçirilir.

Mia.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən tank hərbi hissə və bölmələrində "Ən yaxşı tank heyəti" adı uğrunda yarışlar keçirilir.

Yarışlarda tank heyətləri maneə səhəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tankəleyhinə xəndəyi və eskarpı dəf etməklə çətin şəraitdə sürücülük tapşırıqlarını yerinə yetirirlər. Heyətlər yerində və hərəkətdə atəş açmaqla təlim sahəsində yaradılmış müxtəlif hədəfləri məhv edirlər.

Yarışların yekununda birliklərdə ilk iki yeri tutan heyətlər Silahlı Qüvvələr üzrə keçiriləcək yarışlarda iştirak edərək ən yaxşı tank komandiri, tuşlayıcı operator və mexanik sürücüləri müəyyən edəcəklər.







Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA